“Nyukasl” futbol klubunun futbolçuları məşq zamanı dava ediblər
“Nyukasl” futbol klubunun futbolçuları məşq zamanı dava ediblər.
Minval.info-nun verdiyi məlumata görə, insident Premyer Liqanın III turunda “Çelsi” ilə ev oyunundan əvvəl baş verib. Matça hazırlıq vaxtı komandanın müdafiəçisi Camal Lassellslə yarımmüdafiəçi Mett Ritçi arasında mübahisə düşüb.
Paltardəyişmə otağında isə onlar arasında dava olub. Futbolçuları komanda yoldaşları çətinliklə ayıra biliblər. Lassellslə Ritçinin daha sonra bir-birinin əlini sıxaraq barışdıqları bildirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

