“O, ailəlidir, mənim də gözəl münasibətim var” – Pərvin tənqidlərə cavab verdi
Aktrisa Pərvin Abiyeva rejissor, yaxın dostu Kənan M.M ilə münasibətindən danışıb.
Musavat.com xəbər verir ki, aktrisa “Hər şey daxil” verilişinin qonağı olub. O, sosial şəbəkədə Pərvinin Kənan M.M-ə görə Türkiyəyə köçməsi barədə yazılan fikirlərə münasibət bildirib: “Kənan M.M. ailəlidir, mənim də gözəl gedən münasibətim var. Biz Kənanla çox gözəl dostuq. Bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Eskişehirdə yaşayır, mən İstanbulda. Kənan işləyir, mən isə təhsil alıram. Niyə bunu qatırsınız, bir-birinə? Niyə belə aqresivsiniz? Kənan mənə çox dəstək olub. Onun evinə girirəm, uşaqları, həyat yoldaşı ilə otururam. Sizin yazdıqlarınızı Aygün (Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova) görür. Aygün mənə zəng edib deyir ki, Pərvin, yazılanları vecinə alma. Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?”
Qeyd edək ki, Kənan “Maşın” şouda Pərvinin onun bacısı olduğunu demişdi, onun sözləri uzun müddət müzakirə olunmuşdu.

