“O görüntülər hərbi təyyarənin qəza anı deyil” – Müdafiə Nazirliyi (VİDEO)
Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.“Minval.info” xəbər verir ki, bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə sorğuya cavab olaraq bildiriblər.
Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır.
“Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır.
İctimaiyyəti isə həmin videonu yaymamağa, o cümlədən, inanmamağa çağırırıq”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

