Obamadan Trampa sətiraltı tənqid
ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkədə baş vermiş silahlı hücumlardan sonra ad çəkmədən hazırki prezident Donald Trampı tənqid edib.
Minval.info xəbər verir ki, eks-prezident xalqa çıxışı zamanı “nifrəti körükləyən liderləri rədd edin” ifadəsini işlədib.
Obamanın Trampın miqrantlara və qaradərili vətəndaşlara qarşı irqçi çıxışlarını nəzərdə tutaraq bu fikri səsləndirdiyi bildirilir. Son günlər ABŞ mətbuatında ölkədə silsilə şəkildə meydana gələn hücumların səbəbinin Trampın irqçi bəyanatları olduğu qeyd olunur.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

