Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdi – Video
Pakistanda millət vəkilliyinə namizəd intihar edib.
Minval.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mirzə Məhəmməd Əhməd Mughalın intiharına səbəb ailəsindən dəstək görməməsi olub.
Mughal intihardan əvvəl dərc etdiyi videoda bildirib ki, oğlu və gəlini qapı-qapı gəzərək seçicilərdən ona səs verməməsini istəyib. Videonun yayılmasından qısa müddət sonra onun cəsədi yaxınlıqdakı məzarlıqda tapılıb.
Onun namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.
Qeyd edək ki, Pakistanda parlament seçkiləri iyulun 25-də keçiriləcək. Mughal həyatını itirən üçüncü namizədir. Digər iki namizəd terror hücumlarında həyatını itirmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

