“Oğlumu öldürəndən sonra biri içki içib, biri şokolad yeyib” – iranlı tələbənin ölüm işi

Novxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər. Həmin şəxslərin Kürdəmirdə də evə basqın etdiyi məlum olub.

Minval.İnfo xəbər verir ki, bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır. Təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Yunus Camallı, 1967-ci il təvəllüdlü Natiq Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü Pərvin Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Zahid Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü Ceyhun Talıblıdır. Onların hər biri həbsdədir.

Dəstə üzvlərindən yalnız Rəşidə Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır. Rəşidə Seyidova iranlı tələbənin ölümündə yox, başqa bir cinayət hadisəsində dəstə üzvlərinə kömək etməkdə təqsirləndirilir.

Bu gün baş tutan məhkəmə prosesində qətlə yetirilən iranlı tələbənin atası Nemat Mohtati söz istəyib. Mərhumun atası oğlunun amansızlıqla qətlə yetirdiyinə görə təqsirləndirilən şəxsləri heç vaxt bağışlamayacağını deyib: “Möhtərəm hakim, yəqin ki, hamı “Fəryad” filminə baxıb. Orada dəhşətli bir səhnə var. Ermənilə Azərbaycan torpaqlarını işğal edəndə, azərbaycanlıları öldürdükdən sonra kef məclisi təşkil edirlər. Yeyib, içib, əylənirlər. Bunlar da elə edib. Oğlumu ölderəndən sonra düz bir saat evə eyni hərəkətləri ediblər. Biri oğlumun otağından enerji içkisi götürüb içib, biri qızımın otağından şokolad götürüb yeyib. Bunlar azərbaycanlı deyil, bunlar ermənidilər. Heç nə olmamış kimi elə rahatlıqla hərəkət ediblər, gəziblər ki… Evdəki nəzarət kameralarına baxanda dəhşətə gəlirəm. Bunlar insan deyil. Mənim oğlum universitetdə 6-cı kursda oxuyurdu. Tibbdə oxuyurdu, ailim olacaqdı. Bunlar bir alimi öldürdülər. Oğlum universitetdən evə, evdən də universitetə gedən uşaq idi. Başqa bir yerə getməyən, bar görməyən uşaq idi. Ancaq dərs oxumağa vaxt ayırırdı. Hələ mən özüm israr edirdim ki, hərdən istirahət eləsin”.

Nemat Mohtati təqsirləndirilən şəxslərə qarşı qəzəbini gizlədə bilməyib və emosional şəkildə çıxışına davam edib:“Mənim oğlum dərdi olan azərbaycanlılara kömək edəcəkdi, sağlamlıqlarına qovuşduracaqdı. Heç vaxt pulda gözü olmayıb. Anası deyirdi ki, diplomat ol, atan kimi ol. Ancaq oğlum həkim olacağını, insanlara kömək edəcəyini deyirdi. Bəs, siz, nə üçün yaşayırsınız? Kimin üçün yaşayırsınız? Nə üçün lazımsınız? Gedin özünüzü asın, öldürün. Mən sizdən əl çəkən deyiləm. Kaş ki, həmin gecə mənim də otağıma gələrdiniz. Bacarırdınızsa, məni də öldürərdiniz. Mən sizin ikinizi bizim həyətə gətirəndə gördüm. Orada sizi cəzalandıra bilərdim. Amma dedim ki, qoy qanun sizin cəzanızı versin”.

Prosesdə iş üzrə şahid qismində tanınmış 4 nəfər də ifadə verib. Məhkəmə iclası iyulun 31-də davam etdiriləcək.

Bildirək ki, Novxanıdakı qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib.

Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

Qətlə yetirilən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi idi.

Mərhumun atası Nemat Mohtati uzun illərdir Azərbaycanda yaşayır və biznes fəaliyyəti ilə məşğuldur.

Minval.İnfo

Kriminal

Nəşr edilib: 2018/07/24 16:15

Baxış: 284


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06