Oğuzda kütləvi dava: 16 yaşlı yeniyetmə bıçaqlandı
Oğuzda kütləvi dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Minval.info bildirir ki, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib. 5 nəfər arasında düşən dava zamanı Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.
Yaralı Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı 16 yaşlı M. Qədirlinin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

