Ölən qohumlarının ətini, nəcisini yeyirlər – Vəhşi qəbilədən ŞOK HƏRƏKƏTLƏR (FOTOLAR)
Ölən qohumlarının ətini yeyən qəbilə…
Dünyada az da olsa bir neçə fərqli yaşam tərzi və ritualları ilə şəhər əfsanəsi çevrilərək, qulaqdan-qulağa gəzən qəbilələr mövcuddur.
Onlardan biri də Hindistanda yaşayan Aqori qəbiləsidir. Bu qəbilənin yaşam tərzi rəvayətə çevrilsə də, onların ölülərini yedikləri, qalan hissəni isə yandıraraq külünü bədənlərinə sürtdükləri məlumdur.
Aqori qəbiləsi 10-cu yüz ildən bəri mövcud olan Hinduizm məzhəblərindəndir və Hindu tanrısı Şivaya sitayiş edirlər.
Minval.İnfo xəbər verir ki, Hinduizmin klassik inanışı olan reinkarnasiyanı, yenidən doğuşu və Mokşanı qəbul edirlər. Lakin bəzi adətləri Hindu inanışına tərsdir. Aqori qəbiləsinin ən fərqli rituallarından biri ölülərin külləri ilə cinsi əlaqəyə girməkdir.
Bu ritual üçün 10-12 nəfərlik qəbilə üzvü yığılır və həmin an narkotik maddədən istifadə edirlər. Mərasimə 2, ya da 3 qadın qatılır. Qadınlar yandırılan bədənin küllərini bədənlərinə sürtürlər və dini şeirlər söyləyirlər. Bundan sonra cinsi rituallar başlayır və qadınlar birdən çox adamla birlikdə olurlar. Bu ritual əsnasında qadınların düşüncələrini daha yaxşı oxuya bildiyini iddia edən qəbilə üzvləri var.
Dünyaya, sosiallaşmağa qapalı bir qəbilə olan Aqorilər rituallarını və dini ifadələrini bir sirr kimi qoruyurlar. Bunlardan əlavə ölülərini yedikləri və ölülərinin bədəni başında müxtəlif meditasiyalar həyata keçirdikləri məlumdur.
Əvvəlcə ölü bədəni yeyirlər və ardınca bütün gecə müxtəlif meditasiyalar həyata keçirilir. Meyitləri bəzən çiy, bəzən də ocaqda bişirərək yeyirlər. Bunun səbəbi ölüm qorxusunun ən böyük qorxu olduğunu və ölüləri yeyərək bu qorxunun öhdəsindən gələ biləcəklərini düşünürlər.
Qəbilə üzvləri ölü bədəndən başqa nəcis və idrar da yedikləri bilinir. Bunu səbəbi isə insanın sahib olduğu eqonun öhdəsindən gələ bilməsi və insanda gözəllik hissinin yox olması üçün edildiyi söylənilir.
Bu qəbilə üzvləri ümumilikdə çılpaq, ya da çox kiçik parça bürünərək gəzirlər və aksesuar olaraq başlarına kəllə taxırlar. Saçlarını isə demək olar ki, heç kəsmirlər. Tanrıya çatmaq üçün doğru yolun “pisliyin içindəki saflığı axtarmaq” olduğunu düşünürlər.
Məleykə Ağasoy
Minval.İnfo













