Öldürdüyü şəxsi basdıran “Əmioğlu” barəsində məhkəmə qərarı FOTO

Sumqayıtda neçə ağır cinayət törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Eldar Cabbarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Nəsimi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən Eldar Cabbarov barəsindəki həbs qətimkan tədbirinin müdddətini 3 ay uzadıb.

Məlum olub ki, E.Cabbarova qarşı bir neçə ağır maddə ilə ittiham irəli sürülüb. O, qəsdən adam öldürmə, hədə-qorxu ilə tələb etmə, külli miqdarda narkotik maddə əldə etmə və satma, odlu silah əldə etmə maddələri ilə təqsirləndirilir.

Dəfələrlə məhkum olunmuş Eldar Cabbarov “Əmioğlu” ləqəbli ilə tanınıb. Onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək də götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4 350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Əməliyyat tədbirləri ilə onun Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

İlkin Muradov
Musavat.com

Kriminal

Nəşr edilib: 2020/06/19 11:15

Baxış: 132


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06