“Ölkə gəlirlərinin artması aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirəcək” - Deputat

Ölkə əhalisi Azərbaycanda son aylarda həyata keçirilən islahatların konkret bəhrəsini görməkdədir.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib. Onun sözlərinə görə, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra  Azərbaycan Prezidenti tərəfindən ölkədə davamlı olaraq iqtisadi, sosial və məhkəmə-hüquq sahəsində  islahatların dərinləşdiirlməsi istiqamətdində  islahatlar həyata keçirilməkdədir:

“Bu islahatlar ötən ildən deyil, ümumiyyətlə uzun illərdir  Azərbaycanda həyata keçirilməkdədir. Sadəcə son bir ildə  islahatların dərinləşməsi prosesi daha da sürətlənib. Məqsəd də Azərbaycanın qarşında duran hədəflərə daha  qısa zaman kəsiyində nail olmaqdır”.

Faktlara istinadən edən deputat bildirib ki, şəhid ailələrinə birdəfəlik kompenssasiyanın verilməsi ilə bağlı sərəncam, artıq icra olunmaqdadır. “Bu sərəncam nəticəsində böyük əksəriyyət şəhid ailələrin yaxınları 11 min manatlıq kompenssasiyanı alıb və proses davam edir.  Ümid edirəm ki, qısa zamanda bu proses başa çatacaq. Minimum əməkhaqqılarının, pensiyaların, müxtəlif növ sosial müavinət və təqaüdlərin artırlması ilə bağlı verilən fərman artıq qüvvəyə minib və insanlar  bundan faydalanmağağa başlayıb.

İslahatların  həyata keçməyən hissəsinin real həyata da effektli formada  icrası istiqamətində mexanizmlər hazırlanmaqdadır və  qarşıdakı dönəmdə  biz bunların şahidi olacağıq”,- İ.Məmədov bildirib.

O, əlavə edib ki, son  dövrlərdə təkcə iqtisadiyyat,  sosial, məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi istiqamətində ciddi addımlar atılmayıb, eyni zamanda cəmiyyəti narahat edən sosial problelərin həlli istiqamətində də inqilabi addımlar atılıb:

“Cəmiyyəti uzun zaman narahat edən problem kreditlərlə bağlı verilən sənədin icrasına başlanılıb. Artıq aprelin 22-dən etibarən  vətəndaşlara kompenssasiyanın verilməsinə başlanılıb. Məhkəmələrdə olan işlər geri qayıdıb, daha vətəndaşlar  vaxtlarını məhkəmə çəkişmələrində itirməyəcək. Onlar banklarla  danışıqlar nəticəsində kreditlərini  devalvasiyadan öncəki şərtlər daxilində ödəycəklər.  Bu sahədə imzalanan sənədə görə təkcə 600 mindən artıq insan artıq ödədiyi pulun kompenssasiyasını alacaq. Burada onu xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı  dövlət başçısı tərəfindən imzalanan sənəd dünyada analoqu olmayan bir  hadisədir. Cəmiyyəti narahat edən digər məsələlərdən bir də çoxmənzilli binaların sənədləşməsinin sadədləşdirilməsi ilə bağlı olan fərman idi. Artıq bu problemin həlli istiqamətində mexanizmlər hazırlanıb və məsələ real həyatda öz əksini tapmaqdadır. Təsəvvür edin, uzun illər  daşınmaz əmlakına sahib olmayan vətəndaşlarımız bu sənədin imzalanmasından sonra  öz mülkiyyətlərinin tamhüquqlu sahiblərinə çevrilməkdədir. Bundən təkcə vətəndaş deyil, eyni zamanda dövlət də qazanacaq. İnsanlar mülkiyyətlərindən büdcəyə vergi ödəyəcək. Bu isə büdcəyə əlavə gəlirlər deməkdir. Əlavə gəlirlər isə əhalinin  daha yaxşı yaşaması deməkdir”.

İ.Məmədov deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar nəticəsində ölkənin gəlirləri artıb. “Gəlirlərin artması isə   ölkənin aztəminatlı təbəqəsinin sosial müdafiəsini gücləndirməklə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, eyni zamanda mədəniyyət sahəsinin inkişafına yönəldilib. Elə son günlərdə teatr, kino sənayesinin inkişafı ilə bağlı ayrılan vəsaitləri bu siyasətin nəticəsi hesab etmək olar”,- deputat qeyd edib.

Ölkə

Nəşr edilib: 2019/04/24 18:37

Baxış: 149


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06