Ölkələr üzrə ən çox “google”- da axtarılan məhsullar – FOTOLAR
Bir çox ölkələrin adı bəzi ənənəvi məhsul və qidalarla yanaşı işlənir.
Msələn, pivə deyəndə ilk ağla Almaniya, xalça deyəndə Azərbaycan yada düşür. Ancaq ölkə vətəndaşlarının ən çox axtardığı şeylər tamamilə fərqli ola bilir.
Minval.İnfo “Businessinsider”-ə istinadən maraqlı bir araşdırmanı təqdim edir. Bu araşdırmada ölkələr üzrə hansı məhsulun ən çox “google”-da axtarıldığı öyrənilib və buna əsasən xəritələr düzəldilib.
Araşdırmanın sonunda bəzi maraqlı faktlar əldə edilib. Məlum olub ki, Ruslar ən çox Miq qırıcı təyyarəsində uçmağın xərclərini araşdırıb. Cənubi Koreyalılar isə burun əməliyyatı xərclərini öyrənməyə çalışıb. Ölkəmizdə “google” vasitəsi ilə ən çox axtarılan şey heç kəsə süpriz olmadı. Belə ki, Azərbaycanda ən çox axtarılan məhsul avtomobillər olub.
Tamerlan







