Ölkələrin bir-birindən qəribə adətləri —SİYAHI və FOTOLAR

“Ölkə.Az” fərqli qaydası olan ölkənin siyahısını təqdim edir.

1.Qəribə salamlaşma
Səudiyyə Ərəbistanı və BƏƏ-də kişilər əllə salamlaşmaq əvəzinə burunlarını bir-birinə toxundururlar. Fransadakı salamlaşma da qəribədir. Öpüş sayı Fransanın bölgələrinə görə dəyişir. Məsələn Parisdə iki, Korsikada 5 dəfə öpüşürlər.

2.Fransada zambaq gülü verməyin
Fransada zambaq və xrizantema dəfn mərasimlərində istifadə edilir. İtaliyada da xrizantema ölümü təmsil edir, zambaq isə milli bir çiçək kimi çox sevilir.

3.Qəhvə içmək
Orta Şərqdə daha çox qəhvə içmək istəmirsinizsə, fincanı yan çevirin. Qonaq ev sahibinin qəhvə fincanını yenidən doldurmasını istəmirsə, fincanı yan çevirir. Əgər istəyirsinizsə, fincanı olduğu kimi saxlayın.

4.Əllə yemək yeməyin
Çilidə süfrə mədəniyyəti çox vacibdir. Buna görə də yemək yeyəndə çəngəl və qaşıqdan istifadə edin. Əks halda kobud adam kimi qəbul edilərsiniz.

5.Macarıstanda kələm
Macarıstanda kələm tərif mənasındadır. Sizə kələm desələr, çox gözəl olduğunuz mənasındadır.

6.Koreyada yeməyi əvvəlcə ən yaşlı adam yeyir
Koreyada acından ölsəniz də, əvvəlcə evin ən yaşlı şəxsinin yeməyini gözləmək məcburiyyətindəsiniz. Əks halda, sizi mədəniyyətsiz insan kimi qəbul edəcəklər. Bundan başqa, içki içmək istəyəndə yanınızdakı insandan soruşun. Çünki yanınızdakı insanın qədəhini doldurmaq böyük bir kübarlıq rəmzidir.

7.Taylandda heç kəsin başına toxunmayın
Taylandda insanların başına toxunmaq qadağandır. Çünki insanlar ruhun başda olduğuna inanırlar.

8.Meksikada görüşlərə vaxtında getməyin
Meksikada insanlar işə də, görüşlərə də gecikirlər. Çünki gediləcək yerə vaxtında çatmaq kobudluq kimi dəyərləndirilir. Bunun səbəbi isə bir müddət Meksikada ictimai nəqliyyatda böyük problemlərin olmasıdır. Bu səbəbdən gecikmək bir vərdişə çevrilib.

9.Avstraliyada hesabı ödəmədən restorandan çıxmaq
Avstraliyada hesabı ödəmədən restoranı tərk etmək mümkündür. Əgər hesabı 3 dəfə istədiniz və sizinlə heç kəs maraqlanmadısa, ödəniş etmədən gedə bilərsiniz.

10.Çində hədiyyə 3 dəfə rədd edilir
Çində verilən hədiyyəni üç dəfə rədd etmək sadəlik və mütəvazilik rəmzidir. Bundan başqa bıçaq hədiyyə etmək münasibəti bitirmək, saat hədiyyə etmək həyatın sonunu, dəsmal hədiyyə etmək isə cənazə və ağlamaqla əlaqəli olduğu üçün ölümü simvolizə edir.

