“Ölümcül zərbələr endirəcəyik” – Dmitri Medvedev
“Kiyev ABŞ-dan aldığı silahları Rusiya ərazilərinə qarşı istifadə edərsə, Moskva qərar qəbuletmə mərkəzlərinə ölümcül zərbələr endirəcək”.
“Minval.info” xəbər verir ki, bunu Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
“Əgər bu növ silahlardan Rusiya ərazilərinə qarşı istifadə olunarsa, ölkəmizin silahlı qüvvələrinin qərar qəbuletmə mərkəzlərini məğlub etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq. Hamı başa düşür ki, bunlar necə mərkəzlərdir – bu, Müdafiə Nazirliyidir, Baş Qərargahdır və başqa hər şeydir.
Amma siz başa düşməlisiniz ki, bu halda yekun qərar qəbuletmə mərkəzləri, təəssüf ki, hətta Kiyevin ərazisində də yerləşmir. Ona görə də bu, təbii ki, nəzərə alınmalı olan təhlükədir”, – Medvedev sonda deyib.
“Minval.info”


