Ölümləri ilə hər kəsi güldürən adamlar – Portağal qabığı, saqqal, uçmaq istəyən…
Ölüm adı ilə belə insanların qanını qaraltmağa kifayət edən bir məfhumdur. Lakin bəzi ölümlər var ki, baş vermə səbəbi ilə insanda təbəssüm doğurur.
– Ayı qucaqlamaq
Çin ədəbiyyatının ən yaxşı şairi olaraq bilinən Li Po alkoqollu içkilərin düşkünü olaraq da anınırdı. Onun ölümünə bais alkoqollu içki olub. Bir gün Li göldə qayıqla gəzərkən içkili olduğu üçün ayın əksini göldə olduğu zaman ayı qucaqlamaq istəyib və üzmək bilmədiyi üçün dünyasını dəyişib.
– Qatil saqqal

Avstraliyalı Hans Steninger 1.4 metrlik saqqalı ilə dünyada adın söz etdirib. Lakin onun da ölümünə səbəb bu sevimli saqqalı olur. 1567-ci ildə yaşadığı yerdə yanğın çıxır. O da tələskənlikdən saqqalını yığmağı unudur. Uzun saqqal onun ayağına dolaşır və yıxılıb boynunu qırır. Yanğından qurtulsa da bir neçə gündən sonra aldığı xəsarətdən dünyasını dəyişir.
– Kassanı açmaq

Məşhur viski istehsalçısı Cek Denyıls bir dəfə pul kassasını açmaq üçün iş yerinə gedir və kassanın şifrəsini nə illah etsə də, xatırlaya bilmir. Bundan qəzəblənərək kassa təpik vurur və ayağını ciddi zədələyir. Lakin bu zədəni önəmsəmir. Bir müddət sonra ayağı infeksiya qapır və Cek dünyasını dəyişir.
– Portağal qabığı

Bobi Liç çəlləyin içərisində Niaqara şəlaləsindən tullanmağı bacaran ikinci şəxs olub. Bundan başqa onun sonu ölümlə nəticələnə biləcək başqa cəsarəti addımları olub. Lakin bəxt hər dəfəsində onun üzünə gülüb. Bu qədər cəsarətli insanın ölümü isə çox ironik olub. Bir gün Yeni Zellandiya küçələrinin birində gəzən Liç portağal qabığına ilişir və sürüşüb yıxılır. Şansızlıqdan ayağı ciddi zədə alır və onun ayağını kəsməli olurlar. Bu hadisədən bir müddət sonra isə Liç dünyasını dəyişir.
– Palto paraşüt

Fransız dərzi Frans Riçelt bir palto paraşüt tikir və bunu test etmək istəyir. İlk başda bunu cansız manikenin üzərində edəcəyini desə də, özü test edir. Bu test üçün bütün Fransa mediasını dəvət edir. Dekabr ayında Eyfel qülləsinin təpəsinə çıxaraq özünü aşağı atır və yerə çırpılaraq dünyasını dəyişir.
Məleykə
Minval.info

