Ölümlə təhdid olunan aktyorlar – Mafiyalar filmin çəkilişinə niyə əngəl törədirdi? – FOTOLAR

Tarixin ən çox baxılan filmləri siyahısında yer alan rejissor Frensis Ford Koppolanın ərsəyə gətirdiyi “Xaç atası” filminin pərdə arxasında baş verənlər …

Hər şey bir kitab ilə başladı.

Kitabın yazarı Mario Puzo olduqca maddi sıxıntılar içərisində olduğu bir vaxtda bütün riskləri gözə alaraq “The Godfather” romanını qələmə aldı. Roman 1969-cu ildə ABŞ-da böyük marağa səbəbə oldu. Sürətlə satılan roman dünyaya yayıldı. Mario Puzonun risk almasına səbəb isə romanda adı keçən 5 mafiya liderinin həqiqətən də var olması idi. Lakin romanda mafiya liderlərinin adları dəyişdirilib. Kitabın müəllifi bu romanı yazdığına görə ayaqlarının qırılıcağı təhdidini almışdı.

1044275

Həmin 5 mafiya liderləri bunlar idi: Gambino,Genovesse, Luçesse, Bonanno və Kolombo

Kitab bu qədər marağa səbəb olduqdan sonra “Paramount Pictures” şirkəti film çəkmək qərarına gəlib. Şirkətdə filmi hansı rejissora həvalə etmək ilə bağlı mübahisələr başlayıb. Şirkətin rəhbərlərindən biri Frensis Ford Koppolanın bir dəli olduğunu, ona bu cür filmi həvalə etmək istəmədiyini bildirmişdi. Lakin şirkətin digər işçiləri Frensis Ford Koppolanın İtalyan və Amerika mənşəli olduğu üçün ən uyğun rejissor olduğunu bildirirdilər. Məqsəd filmin çəkilişləri zamanı italyan icması və cinayətkar ailələrin reaksiyasını minimuma endirmək idi. Lakin bu, elə də işə yaramadı.

Godfather-640x432

Filmin çəkiliş meydançasına yuxarıda adlarını çəkdiyimiz 5 mafiya liderlərindən biri – Kolombo nəzarət edirdi. Mafiya lideri dəfələrlə çəkiliş meydançasına, rejissorun və prodüsserlərin evlərinə zərfin içərisində mərmilər yollayırdı. Film meydançasında quraşdırılmış avadanlıqlar sıradan çıxarıldı, işçilərin maşınları atəşə tutuldu və avtomobillərin içərisində təhdid notları tapıldı.

SinatraMob

Gördüyünüz bu fotoda ortada dayanan eynəkli yaşlı adam sözügedən mafiya lideri Jozef Kolombodur.

İşin ciddiyyətini anlayan “Paramount Pictures” şirkətinin idarəçiləri Kolombo ailəsi ilə görüşməyə qərar verdi. Baş verənləri yoluna qoymaq üçün olduqca qəribə bir addım atdılar. Şirkət mafiya liderlərinin ailələrinə filmdə rol almalarını təklif etdi.

MBDGODF EC025

Filmin önəmli personajlarından olan Peter Klemenzanı canlandıran Riçard Kastelenno məşhur mafiya lideri Paul Kastelennonun qardaşı oğlu idi.

Ayrıca olaraq filmdəki səhnələrin bir çoxu həqiqətən kriminal hesablaşmaların baş verdiyi məkanlarda çəkilib.

Vito-Corleone-gets-shot-from-The-Godfather

Amerika Film İnstitutunun qərarına əsasən “The Godfather” ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur.

“Xaç atası” filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945-1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır.

Turan Oruc
Musavat.com

450full-the-godfather-screenshot

Vlcsnap-2010-06-30-00h26m15s63

hqdefault

MV5BZDgwNmYwZTgtMzcyYy00NmNkLWJlNmQtMTQzYmQ4ZDgwN2JjXkEyXkFqcGdeQXVyNjUwNzk3NDc@._V1_

Dünya

Nəşr edilib: 2019/08/16 14:54

Baxış: 454


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06