Ölümündən sonra dueti trendə düşdü – Video
Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya” qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 4 il sonra trendə düşüb.
Axşam.az xəbər verir ki, 2019-cu ildə təqdim olunan ekran işi xanəndənin vəfatından sonra yenidən gündəmə gəlib. Buna səbəb isə A.Bəylər dünyasını dəyişəndən sonra N.Camalın “Xəzər TV”nin efirində mahnını tək ifa edərkən ağladığı anların videosunun yayılması olub.
Yutubda 1,5 milyon baxışı olan mahnı 3 gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda TikTok-da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyev, musiqisi isə Nigar Camala məxsusdur. Aygün və Nigar “Şəhidlər” adlı mahnını da duet şəklində oxuyub.
XƏBƏR LENTİ
2024/08/20 16:13