“Onlar bizim dəlilərimizdir” – Kamilə “fenomen”lərdən danışdı

"Anamın hiyləsini anladım, Allaha yalvarıram ki..." - Kamilə Babayeva HƏR ŞEYİ ETİRAF ETDİ“Hər mövsüm deyirik ki, bitirəcəyik, son mövsümdür. Birinci mövsümdə küsdük, ikincidə başqa hadisə oldu. İndi də deyirik ki, bəsdir. Bu cür şoular 5-6 ildən artıq olmur. Düşünürük ki, bitirək, hərə öz işinə gedəcək. Amma bilmək olmaz, bir də gördünüz, yenə növbəti mövsümdə bir araya gəldik”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Kamilə Babayeva deyib. Aparıcı Hüsniyə Məhərrəmova, ABD Malik və Ranar Musayevlə birlikdə aparıcılıq etdiyi “5-ci element”dən danışıb. Kamilə “Ranar Musayev AzTV-yə bədi rəhbər keçəndə hamı düşündü ki, proqramınız da orada davam edəcək” sualına belə cavab verib:

“Ranar AzTV-yə “5-ci element”i aparmaq üçün keçməyib. Onun çiynində daha böyük yük var. Dövlət kanalını hər zaman daha üstün görürəm. Çünki orada əsəb, problem yoxdur. Ranarın missiyası orada başqa işlər görməkdir. Mənim heç ağlımdan keçmir ki, biz də ora keçək. Tək düşündüyüm dostumun uğuruna sevinməkdir”.

Kamilə aparıcılıq peşəsindən soyumasının səbəblərini açıqlayıb:

“Ən sevdiyim rəfiqələrim var ki, hədləri aşırlar, amma yenə də yenilik tapırlar. Mənə də deyirlər ki, kitab yaz. Çox nağılbaz idim, əhvalatları rəngləyib, insanlara danışmağı bacarırdım. Amma indiyənə amalım başqadır. Həyatım ikiyə bölündü. Başqasında səhnəyə meyl artırdısa, məndə qızım Natellaya yönəldi. Onunla vaxt keçirməyi, uşaq dünyasında olmağıs evirəm.

Onsuz hər nəsil özündən sonra gələni bəyənmir. Mənim nənəm də bizi bəyənmirdi. Amma etik çərçivələrdən kənara çıxmırsa, insanları qınamaq lazım deyil. İnsani münasibət göstərmək lazımdır”.

Babayeva son günlər sosial şəbəkələrdə fenomen olan videolardan və istifadəçilərdən bəhs edib:

“Şou-biznesi izləyirəm, onu izləməmək mümkünsüzdür. Televizora baxmaya bilərik, amma hər şey telefondadır. Boş vaxtım olanda İnstaqrama girirəm, hər şey istəməsən də gəlir. Onalara ciddi yanaşmaq, ciddiləşdirmək, sosiallaşdırmaq lazım deyil. Həmin insanları biz “padişah” edirik. Bir video çəkirlər, biz qaldırırıq, sonra da daşa basırıq. Hər məhlənin bir dəlisi var. Bunlar da bizim camiyənin dəliləridir. Zavallıdırlar da, daşa basmaq da, qaldırmaq da düz deyil. Fikir verməsək, sovrulub gedəcək. Təbliğ etməməliyik”.

Maqazin

Nəşr edilib: 2019/03/11 16:13

Baxış: 325


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06