Onlar imkansızlar üçün hansı ev əşyasını satar? – Məşhurlar arasında sorğu

Türkiyəli aktrisa Sinem Kobal örnək addım atıb. Belə ki, aktrisa geyinmədiyi geyimlərini yardım qurumuna bağışlayıb. İnternetdə satışa çıxarılan geyimlərdən gələn gəlir 20 gəncin və autizmli uşağın təhslinə xərclənəcək.

Sinemdən öncə müğənni Ebru Gündeş də sayt açdıraraq geyimlərini satışa çıxartmış, gələn gəlirlə ehtiyacı olanlara yardım etmişdi.

Bəs azərbaycanlı məşhurlar bu cür xeyriyyə aksiyalarına qoşulublar? Onlar evlərində hansı şəxsi əşyanı satıb, imkansız insanlara yardım edərdilər?

Musavat.com mövzu ilə bağlı sənətçilər arasında sorğu keçirib. Xalq artisti Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib ki, sənətçi maddi yardımlar etsə də, hansısa əşyasını heç vaxt satmayıb:

“Röya Ayxan daim xeyriyyə tədbirlərində iştirak edib və bu mövzularda hər zaman nümunə olub. İstər mətbuat, istərsə də, insanlar bunun şahidi olub. Lakin əksər xeyriyyə adımları heç vaxt mediada işıqlandırılmayıb, tərəfdarı da olmamışıq. Buna Koronavirusla Mübarizə Fonduna edilən ianə, Əsmər xanımın mənzilinin tikintisini, may ayında baş tutacaq konsertin bir gününü ödənişsiz etməsini və. s misal çəkə bilərik. İstər yerli, istərsə də xarici ulduzların xeyriyyə əməllərini alqışlayırıq.
Sizin sualınıza gəldikdə isə yardım kampaniyası üçün hər hansı bir əşya, aksessuar satılmayıb. Şükür ki, buna ehtiyac olmayıb. Röya xanım bacardığı qədər hər kəsə istər maddi, istərsə də digər məqamlarda öz yardımı göstərib”.

Meyxanaçı Namiq Qaraçuxurlu qeyd edib ki, insanlara yardım etsə də, bunu açıq-aşkar göstərmir:
“Karantin dövründə əlimdən gələn yardımları edirəm. Sadəcə olaraq paylaşmıram ki, başqa söz-söhbətlər yaranmasın. Əsas odur ki, ehtiyacı olanlara kömək edək, bizə uzanan əlləri boş qaytarmayaq.

Sorğunuza gəldikdə isə satılası geyimlərim çoxdur. Gözəl səhnə geyimlərim var. Sadəcə onları hansı şəraitdə sata biləcəyimi bilmirəm. Amma ki, geyinmədiyim geyimləri ehtiyacı olan insanlara havayı paylayıram. Satılma imkanı olsaydı, məmnuniyyətlə satıb, pul kimi insanlara verərdim. Ev əşyalarına gəldikdə isə nə zamansa, belə bir ehtiyac olarsa, düşünmədən əşyalarımı sataram. Heç bir əşya, geyim bir insanın həyatından önəmli deyil”.

Müğənni Zamiq Hseynov bildirib ki, ehtiyac olarsa, insanlara yardım etmək üçün evinin əşyalarını satar:

“Öncə onu demək istəyirəm ki, Allahın köməkliyi ilə bu çətin durum tez bir zamanda aradan qalar. Arzumuz odur ki, bu çətin günlər tez zamanda bitsin. İnşaallah ki, elə bir gərgin anlar yaşamarıq. Amma ehtiyac duyularsa, niyə də yox? Mən də hər hansı bir əşyamı sataraq dəstək olmağa hazıram”.

Rəqqasə-aktrisa Oksana Rəsulova, rəqqasə Aytən isə jurnalistlərin başlatdıqları yardım kampaniyalarına qoşulublar. Onların bağışladıqları geyimlər satılaraq, ehtiyacı olanlara yardım edilib.

 

 

Maqazin, Vacib

Nəşr edilib: 2020/04/11 13:55

Baxış: 304


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06