“Onun qadın, ya kişi olmasından…” – Rəqqasə Aytənin evində müsahibə (FOTOLAR, VİDEO)

Rəqqasə Aytən: “O sözləri mənə deyənin bütün keçmişini elə açıb tökərəm ki, heç kim yığıb yığışdıra bilməz”.  

Hər zaman məşhur simaların sənət fəaliyyətindən çox şəxsi həyatı, yaşam tərzi, evi, maşını insanlara maraqlı olub.

Musavat.com saytının reportyor qrupu olaraq biz də oxuculara maraqlı olacağını düşünərək rəqqasə Aytənin evinə üz tutduq. Ilk dəfə evinin qapılarını bizim üçün açan rəqqasə ilk olaraq bildirib ki, göz-nəzərdən çox qorxur:

– Əvvəllər mənə deyiləndə ki, göz-nəzər var, gülürdüm. Amma indi inanıram. Sizdən qabaq üzərlik yandırmışam. Evi özüm dizayn etmişəm. Ağ və qızılı rəngləri sevirəm. Bəzi əşyaları xaricdən gətizdirmişəm. Buranı sırf özüm üçün hazırlamışam. Aura müsbət olmalıdır. Evdə  ruhum rahatlıq tapır.

– Son günlərin qalmaqallı ifaçısı Afət Fərmanqızı ilə Sevda Sanaliyeva qalmaqal yaşadı. Afət Sevdanı keçmişini üzə çıxaracağı ilə hədələdi və bildirdi ki, qarnını, sinəsini açıb rəqs edən biri olaraq indi qapanıb kiməsə ağıl verməsi doğru deyil. Bir rəqqasə olaraq ifaçının sözlərinə münasibətiniz necədir?

– Sevda ilə uzun müddət münasibətimiz olmayıb, indi salam sağ olumuz var. Afətlə də münasibətim yaxşıdır. Onların arasında olanlar məni maraqlandırmır. Amma o sözlər mənə deyən olsa, bütün keçmişini elə açıb tökərəm ki, heç kim yığıb yığışdıra bilməz.  Mənim şəxsi həyatıma toxunanı, təhqir edəni peşman edərəm.

– Hazırda rəqqasələrin sayı artıb, 50 manata məclisdə oynayanlar var. Bu da bəzi rəqqasələri qıcıqlandırır ki, bizim işimizi ucuz tuturlar.

– Rəqqasə 50 manata  oynayır, necə deyim ki, 50 manata oynama? Deyəcək ki, Aytən xanım, mənə 50 manatdan artıq vermirlər. Adama deməzlər ki, 500 manatlıq iş tap, orda işləyim?! Ona görə heç kimi qınamıram. İndi rəqqasəlik asan olub, o vaxt çətin idi.

– Rəqqasələrə münasibət hər zaman birmənalı olmayıb, onlar qınaq obyektinə çevriliblər.

– Əvvəl bu qədər qınaq yox idi. Efirə çıxanda demirdilər ki, qapalı geyinin. Mənim paltarlarım onsuz da qapalıdır. Amma rəqqasələr var ki, deyir, efirə açıq geyinməyə qoymurlar. Bir də toy məclislərində ev sahibi geyimə qarışır. Bu da onların öz istəyidir. Bəzən qapalı geyinirsən, deyirlər, rəqqasə belə geyinməz, heç olmasa, ətəyin yarığı olsun. Açıq geyinirsən, deyirlər ki, dekoltelidir.

– Sizin işləriniz necədir?

– Desəm ki, əladır, yalan olar. Desəm ki, pisdir, o da yalan olar. Normal işimlə məşğulam. Yeniliklərim olacaq. Mahnılar yazdırmışam, yeni paltarlar tikdirmişəm. 1 il ərzinə təqdim edəcəyəm. Hər şeyin vaxtı var. Rəqqasəlik elədir ki, bir rəqsi 4-5 dəfə  oynasan, tamaşaçı bezir. Ona görə dəyişiklik hər zaman lazımdır.

– İndi rəqqasələr yenilik olsun deyə başına şamdan qoyur, lələklər taxır, ilanla oynayır.

– Bütün rəqqasələrə dəstəyəm. Amma başa lələk qoymaq düzgün deyil. Elə bil sirkdir. Rəqsə rəng qatmaq istəyirlər, amma oriyentalda şamdan, lələk yoxdur. Bunları sirkdə görmüşəm. İlan, çubuq var, əllərdə şamdan var.

30c0915d-3eed-4a23-a648-34b0bceaf86d.jpg (209 KB)

– Ayaqqabı biznesinizin batdığı deyilir.

– Batmayıb, yeni mağaza götürmüşəm, təmir olunur. Tək ayaqqabı yox, rəqs paltarları da satılacaq. Özümə məxsus mağaza olacaq. Kirayə mağaza olanda bütün qazanc ora sərf olunur.

Başlayırıq evi gəzməyə… Aytən qarderobunu göstərir: “Buranı özüm üçün hazırlamışam. Ayaqqabılarımı saxlayıram. Bir də itimin əşyaları buradadır… (İtin paltarlarının göstərərək davam edir) . Hamısını özəl tikdirmişəm. Bu şubanı itim Lusiyə Moskvadan almışam. Düzdür, məni qınayacaqlar ki, itə paltar aldığına yetim-yesirə kömək et.  O qədər etmişəm ki… Amma bir dəfə zəng edib mənimlə maraqlanmayıblar, çox sağ ol deməyiblər. 30 heyvana baxaram, amma insanlara kömək etmərəm. 3 aydan bir yazırdılar ki, mənə pul ver. Məni ancaq ehtiyac olanda axtarırdılar. İndi artıq heyvanlara maraq salmışam. Çöl heyvanlarına da baxıram. Heyvanlara olan sevgim insanlardan daha çoxdur. Itim Lusi çox ağıllıdır.  İkiayaqlılardan daha yaxşıdır. Bir çox insanlardan yaxşıdır. Məni qınayanlar özləri bilər, qınamayanlara da təşəkkür edirəm”.

– Şou-biznesdə küsülü olduğunuz kimsə var?

– Yoxdur. Əslində şou əhlini o qədər sevmirəm, ikiüzlü olurlar. Ona görə onları yaxınıma buraxmıram. Müğənni rəqqasənin, aktrisa müğənninin paxıllığını çəkir. Mənə elə gəlir ki, məni yalandan öpürlər. Ən yaxşısı uzaq gəzməkdir.

55ddb3c7-ce9c-4c96-b7ae-bbd254f7d840.jpg (207 KB)

– Bir çox məşhurlar sosial şəbəkədə onlara yazılan təhqirlərdən şikayət edir. Sizin  izləyicilərlə problrmləriniz olur?

– Mənə təhqir yazmırlar. Sosial şəbəkələr insanların istədiyi kimi dövr edir. Bir uşağa kömək lazım olur, paylaşıram, heç kim reaksiya vermir. Amma bir oriyental rəqs paylaşıram, on minlərlə baxış olur. Son günlər Mehin adlı qız çox izlənilir, müzakirə olunur. Biri deyir kişidir, saqqalı çıxır, biri deyir qadındır. Onun kişi, ya qadın olmasından, saqqalından bizə nə? Açıq-saçıqlığı da, qalmaqalı da millət istəyir. Ona görə sosial şəbəkələrdə də, saytlarda da, efirlərdə də dava, qalmaqal ön plana çıxır. Çünki reytinqi onlar verir.

– Əvvəllər tanınmışlar razılaşdırılmış, süni qalmaqal edirdilər. İndi də sizə belə təkliflər edənlər var?

-Əlbəttə var, amma razılaşmıram. Elə bilirlər ki, qalmaqal gözəldir, amma gülməli görünür. Mənim çox efirə çıxmıram, çünki mənasız söhbətlər edilir. İşim olanda ildə 3-4 dəfə efirdə görünmək mənə kifayətdir.

Müsahibə

Nəşr edilib: 2019/02/20 17:35

Baxış: 470


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06