“Onunla həmişə bacı-qardaş olmuşuq” – Hiss
“İyulun 15-də tədbirim olduğu üçün Ayaz Babayevin ilk solo konsertinə gedə bilmədim. Amma gördüyüm qədəri ilə çox möhtəşəm gecə keçib. Biz Ayazla həmişə bacı-qardaş və əsl dost kimi olmuşuq. Hər zaman bir-birimizə mənfi və müsbət tərəflərimizi söyləmişik”.
Minval.info xəbər verir ki, bu sözləri 28 yaşlı ulduz müğənni Hiss həmkarı Ayaz Babayev barəsində deyib. O, şəxsi instaqram hesabının hekayə bölməsində paylaşım edərək, Ayaz Babayevə dəstəyini bildirib:
“Bu sənin hələ başlanğıcındır. Çünki sənin necə mənfidən qalxdığını mən və səni həqiqətən Ayaz olduğun üçün sevən insanlar bilir. Biz bunları dəyərləndirə bilən insanlarıq. Ortada sənin keçmişini bilməyən və hazırda status üçün kimlərinsə yanında olan “milçək”lər həmişə olur. Bunlar məni heç narahat etmir. Uğur həmişə səninlə olsun. Çünki gözəl niyyəti olan insanlar həmişə qazanır, mənim ürəyi gözəl dostum!”.

