Operativ Qərargah: “Karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”
“Ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir”.
Minval.info xəbər verir ki, bu, Nazirlər Kabienti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.
“COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

