Oqtay Sərxana “Maşın şou”da gizli konvert verdi: “Bu konvertdə səni…” – FOTO, VİDEO
Meyxanaçı Oqtay Kamil aktyor Sərxan Kərəmoğluna gizli məktub verib.
Minval.info xəbər verir ki, “Maşın şou”nu birinci tərk edən meyxanaçı Oqtay Kamil verilişin bu günki buraxılışının qonağı olub.
Meyxanaçı onu oyundan kənarlaşdıran aktyor Sərxan Kərəmoğluna konvert verib və daha sonra əlavə edib ki, orada nə yazıldığını heç kim bilmir: “Konvertin içərisində şəkil, arxasında isə yazı var. Onun nə olduğunu bir mən, bir də Allah bilir. Amma təhqir deyil, mən səni heç vaxt təhqir etmərəm!”
Lakin aktyor şounun ilk günündə qalmaqal yaşadığı meydançanın ona təqdim etdiyi konverti götürməyib. Konverti Murad Dadaşov özündə saxlayıb. Meyxanaçı qeyd edib, iştirakçılardan Nabran, Taleh Yüzbəyov və Mənsur Şərifin qalib olmasını istərdi.
Qeyd edək ki, meyxanaçı ilə aktyor arasında verilişin ilk günündə qalmaqal yaşanmışdı. Sərxan sona qədər hədəfinin Oqtay olmadığını deyib, sonda onu oyundan kənarlaşdırmışdı. Bu zaman meyxanaçı ona arxasında təhqir gizlənən söz demişdi.
Minval.info

