Orfoqrafiya Komissiyası bu sözlərin yazılışını dəyişdirdi
Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.Minval.İnfo Report-a istinadən xəbər verir ki, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.
Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.
Roma rəqəmlərindən sonra şəkilçi yazılmayacaq: beşinci – V, onuncu – X və s.
Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

