Orxan Babazadə atasının pulu ilə lovğalandı: “Şou-biznesdə Bentley ilk dəfə məndə olub, bəziləri kimi…” – VİDEO
“Şou-biznesdə Bentley ilk dəfə məndə olub, bəziləri kimi hər şeyim kreditdə deyil. Mən maşını da, evi də, telefonu da nağd almışam. Heç vaxt kreditlə bir şey almamamışam, kredit sevmirəm”.
Minval.info xəbər verir ki, bu sözləri gənc müğənni Orxan Babazadə deyib. O, deyib ki, şou-biznesdə hamı ona baxıb Bentley alıb: “Artıq bu maşına marağım qalmayıb, satacağam. Hamısı mənə baxıb, Bentley aldı”.
Orxan bu sözləri ilə Şəbnəm Tovuzluya və Kamilə sataşıb.
Qeyd edək ki, Orxan Babazadənin atası Baba Babazadə məşhur biznesmendir və Orxanın bütün xərclərini o qarşılayır. Bu səbəbdən gənc müğənninin kredit sevməməsi normaldır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


