Orxan Zeynallı ilə keçmiş “Dəyirman”çının birgə layihəsi
14 mayda konsert verməyə hazırlaşan reper Orxan Zeynallı keçmiş “Dəyirman” qrupunun üzvü, hazırda Nyu-Yorkda yaşayan reper L-Mirlə duet oxuyub.
Minval.info xəbər verir ki, “Öz aramızdır” adlı mahnı dijital platformalarda və Orxanın rəsmi youtube kanalında paylaşılıb. Uzun illərdir Azərbaycandan köçüb ABŞ-də yaşayan sənətçilər trekin sözlərini birgə yazıblar.
Musiqi isə Clavisə məxsusdur. Qeyd edək ki, reper ötənilki anşlaq konsertlərindən sonra yenidən Elektra Events Hallda səhnəyə çıxacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

