“Oskar” mükafatı qalibləri bəlli oldu – FOTOLAR
Film həvəskarlarının səbirsizliklə gözlədiyi 90-cı «Oskar» mükafatı mərasimi baş tutub.
Minval.info xəbər verir ki, Hollivudun “Dolby” teatrında baş tutan gecənin aparıcısı Cimmi Kimmel olub.
İki ən əsas mükafata – ən yaxşı film və ən yaxşı rejissor nominasiyası üzrə “Shape of Water” (“Suyun şəkli”) layiq görülüb. Ən yaxşı aktrisa “Three Billboards Outside Ebbing, Missouri”(“Üç bilbord Ebbing çıxışı, Missuri”) filmindəki performansına görə Frances McDormand sahiblənib.
Ən yaxşı aktyor mükafatını isə Gary Oldman “The Darkest Hour” (“Ən qaranlıq saat”) filmindəki diqqətçəkən rolu ilə seçilib.
Dəniz
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22







