Ötən il otellərdə qalanların yarısı Bakını seçib

2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7 % artaraq 1 milyon 787 min olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin 48,7 %-i Bakıda, 7,9 %-i Qəbələdə, 6,7 %-i Xaçmazda, 5,9 %-i Qubada, 5,8 %-i Şabranda, 4,2 %-i Lənkəranda, 3,9 %-i Qusarda, 2,7 %-i Naftalanda, 2,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,6 %-i Şamaxıda, 1,5 %-i Qaxda, 1,1 %-i Masallıda, 1 %-i Mingəçevirdə və 6,8 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1 milyon 372,8 min olub ki, bu da ümumi gecələmələrin 76,8 %-ni təşkil edir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0,6 % azalaraq 414,2 min olub ki, bu da ümumi gecələmələrin 23,2 %-ni təşkil edir. Gecələmələrin 15,5 %-i Türkiyə, 11 %-i Rusiya Federasiyası, 9,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 8,1 %-i Böyük Britaniya, 3,8 %-i İsrail, 3,5 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i ABŞ, 2,8 %-i İtaliya, 2,7 %-i Almaniya, 2 %-i Qətər, 1,9 %-i Hindistan, 1,5 %-i Ukrayna, 1,4 %-i Niderland, 1,2 %-i Qazaxıstan, 1,2 %-i İran, 1,1 %-i Belarus, 1,1 %-i Küveyt, 1 %-i Gürcüstan, 1 %-i Fransa, 26,6 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 %-i Bakıda, 6,6 %-i Qəbələdə, 3 %-i Qusarda, 2,6 %-i Qubada, 1,9 %-i Naftalanda, 1,7 %-i Naxçıvan Muxtar Respublikasında, 1,6 %-i Şabranda, 1,5 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

2021-ci ildə mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 % artaraq 209,2 milyon manat olub ki, onun da 59,7 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 %-i ictimai iaşə xidmətlərindən, 2,5 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 % səviyyəsində olmuşdur (2020-ci ildə 6,5 %). Bu göstərici Şabranda 82,2 %, Beyləqanda 25,5 %, Qubada 22,2 %, Naftalanda 21 %, Lənkəranda 19,1 %, Qəbələdə 16,2 %, Bakıda 14,2 %, Ağcabədidə 14 %, Bərdədə 13 %, Göyçayda 12,9 %, Cəlilabadda 12,7 %, Sabirabadda 12 %, Şəmkirdə 11,7 %, Şamaxıda 11,2 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Ölkə

Nəşr edilib: 2022/01/26 12:24

Baxış: 40


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06