Övladlarını YouTube ulduzuna çevirməyə çalışan ana onları öldürüb
ABŞ-da övladlarını YouTube ulduzuna çevirməyə çalışan ana onları öldürüb
Minval.İnfo xəbər verir ki, Şimali Karolinada ana oğlunu və qızını öldürüb daha sonra isə özünə qəsd edib.
Məlumatda bildirilir ki, şənbə günü polis əməkdaşları 34 yaşlı Kristina Tredveyin cəsədini evinin yaxınlığında aşkar ediblər. İstintaqa əsasən ölüm hadisəsi özünə qəsd nəticəsində baş verib.
Daha sonra evə girən polislər 7 yaşlı oğlan və 3 yaşlı qızının cəsədlərini də tapıblar. İlkin versiyaya görə, uşaqları anaları döyərək öldürüb. Hadisənin təfərrüatları isə hələ ki məlum deyil.
Məlumat üçün bildirək ki, Kristina Tredvey YouTube kanalına tez-tez uşaqlarının videoroliklərini yerləşdirirmiş. Onları məşhur etmək üçün əlindən gələni edən ananın cinayət törətmə səbəbi kimi də bu göstərilir.
Zeynəb
Minval.İnfo


