Övladlarınızı intihardan qorumaq üçün bunları etməlisiniz – Psixoloqdan vacib tövsiyyələr

Hər il intihar bir çox insanların seçiminə çevrilir.

Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur.

Dünya üzrə statistikaya nəzər salsaq görərik ki, intihar halları daha çox yeniyetmələr arasında qeydə alınıb. Bəzən isə yeniyetmələr intihara cəhd etməsələr də, özlərinə bilərəkdən zərər yetirir, məsələn, biləklərini kəsirlər. Özünə qəsdən ziyan yetirməyin arxasında nələr dayanır?

Psixoloq Aytən Cavadlı minva.info-a açıqlamasında bunun müxtəlif səbəbləri ola biləcəyini qeyd edib: “Uşaqlar 12-15 yaşında artıq özlərinə bilərəkdən zərər verməyə başlaya bilərlər. Ən çox biləklərini, qollarını kəsir, boyun nahiyəsini cızır, divara yumruqlar atırlar. Özünə zərər verən uşaqlara fikir versək, əksəriyyəti boşanmış ailə modelinin övladlarıdır. Həmçinin, bu qəbildən olan davranışların səbəbi bir anlıq rahatlaşmaq istəyidir. Əslində elə də özlərini öldürmək planları yoxdur. Sadəcə bu yolla sakitləşir, hətta zövq alırlar. Bu gənclər, eləcə də cəmiyyətin diqqətini cəlb etmək istəyirlər. Uğursuz ilk sevgi də buna səbəb ola bilər. Fiziki və cinsi zorakılığa məruz qalan yeniyetmələr isə ən az bir dəfə belə olsa dərmanla intihar etməyə cəhd edirlər”.

Belə psixologiyada olan yeniyetmələrin öncədən müəyyənləşdirilməsi mümkündür. A. Cavadlı yeniyetmələrdə özünə qəsdən zərər yetirmək meyillərinin aşkarlanmasında məktəb psixoloqlarının rolunu vacib sayır: “Gənclər, əsasən, kəsdikləri bölgələri gizlətmək üçün uzunqol və boğazı uzun köynəklər geyinirlər. Məktəbdə daima qollarını gizlədən şagirdlərə diqqət yetirmək lazımdır. Məktəb psixoloqu şagirdlər arasında müəyyən testlər həyata keçirməlidir. Məsələn, suisidal risk sorğusu adlı testin nəticəsində yeniyetmənin özünə qəsd etməyə meyili üzə çıxacaq. Bu durumdan xəbərdar olan kimi fərdi seanslara başlanılmalıdır”.

Burada ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Həm övladlarının depressiyaya düşməməsi, həm də böhran halında çıxması üçün valideynlər mütəmadi olaraq psixoloqlarla təmasda olmalıdırlar. Psixoloq ailələrin uşaqlar üzərində basqı qurduğunu bildirib: “Bu böhranlı yaş dövründə ailələr uşaqlarını daha çox qorumaq istəyirlər. Uşaq telefonla, sosial şəbəkə ilə çox məşğul olanda, valideynlər “övladım pis yolda olar, səhv addımlar atar, yaxşı insanlarla dostluq etməz” deyib narahat olurlar. Bunlar valideynlik instinktidir. Ancaq bəzi valideynlər bu qorxuları təzyiqə çevirirlər. Övladlarını sıxışdır, gəliş-gediş saatlarını, telefonlarını yoxlayırlar. Beləliklə, valideynlər uşaqları daha çox bezdirirlər. Düzgün ünsiyyət qura bilmirlər. Seanslarda yeniyetmələr valideynlərinin onları dinləmədiyini, fikirləri ilə maraqlanmadan onları sıxışdırdıqlarını deyirlər. Valideynlər isə, hər şeyi müdafiə məqsədilə etdiklərini qeyd edirlər. Burda ailələrin öhdəsinə böyük məsuliyyət düşür. Övladlarının planlarını, arzularını dinləməyə başlamalıdırlar. Dostluq münasibətləri qurmaq bir çox məsələlərin həllinə kömək edir”.

Dəniz Kərimzadə

Minval.İnfo

Vacib

Nəşr edilib: 2018/02/15 14:26

Baxış: 476


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06