Oyanan nəhəng, sındırılan çərçivə, “siz robot deyilsiniz…” – AzTV-dən REPORTAJ

Bilmirəm, siz də müşahidə etmisiniz, ya yox, ancaq son vaxtlara qədər mənə elə gəlirdi ki, AzTV-də SSRİ təzəlikcə dağılıb. Hətta bu yaxında məni söz azadlığı ilə bağlı bir verilişə dəvət edəndə lap təəccübləndim. Zəng edən xanıma telefonda bildirməsəm də “AzTV və söz azadlığı” sözləri məndə qəribə təbəssüm yaratmışdı. Üstəlik, bundan sonra dostlarım Şərif Ağayar və Qismətin iştirak etdikləri verilişdə “postmodernizm” sözünü eşitməyim məni ikiqat heyrətləndirdi. Bu nə təbəddülat, ya haqq! Olmaya bildiyimiz AzTV gedib, yerinə təzəsi gəlib?

Zarafat bir qırağa, Azərbaycan kanallarının bozluğundan şəxsən bəndənizi çox vaxt elə AzTV-nin “ötən əsrin ətəyindən tutub da fırlanan” nimdaş verilişləri xilas edib. Köhnə də olsa, bilirdik ki, peşəkarcasına çəkilib. Ancaq bu da son beş-altı aya qədər belə idi. Artıq onlar da yoxdur. Və AzTV qoca bir div kimi silkinib yeni bir havaya, nəfəsə bürünüb; rəhbərlik dəyişib, yeni-yeni verilişlər yaranıb, efir siyasəti təzələnib… Biz də bu dəyişimin, yeniliklərin izləri ilə burdayıq, çoxlarının sözün müstəqim mənasında məbəd hesab etdiyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində.

Beləliklə… Diqqət, efirdəyik.

***

Düşünürəm ki, yolumuzu əvvəlcə mənə “bir köynək” yaxın olan “Azərbaycantelefim” Yaradıcılıq Birliyindən salsaq yaxşıdır. Xatirinizdədirsə, AzTV-dəki dəyişikliklərdən sonra ilk təyinatlardan biri də qocaman rejissor Ramiz Həsənoğlunun bura direktor keçməsi olmuşdu. Xəbər Feysbukda da sevinclə qarşılandı, çoxları Ramiz Həsənoğlunun “Azərbaycantelefim”ə gəlişini ikiəlli dəstəklədi. Bəs görəsən tamaşaçılar yenidən AzTV-də “Topal Teymur”, “Günahsız Abdulla”, “Ac hərflər”, “Yaşıl eynəkli adam” dadında televiziya tamaşaları görə biləcəklərmi? Ramiz müəllim nikbindir, tamaşaçıları əmin etməyə çalışır, deyəsən masanın üzərindəki ssenarilər də bu nikbinlikdən xəbər verir: “Yeni rəhbərlik qarşımıza belə bir öhdəlik qoydu ki, bədii quruluşlara daha çox əhəmiyyət verək. Hər dəfə Rövşən müəllimlə (Rövşən Məmmədov – M.A.) görüşəndə deyir: “Əlbəttə, ictimai-siyasi verilişlər vacibdir, ancaq unutmamalıyıq ki, tamaşaçı bizdən yeni bədii quruluşlar gözləyir”. Buna görə də “Telefilm”in istiqamətində də müəyyən dəyişiklər etməli olduq”.

Yaradıcılıq birliyində artıq ilk tele-tamaşanın çəkilişləri yekunlaşıb, yaxın günlərdə montaja təqdim olunacaq: “Dörd il əvvəl Yuğ teatrında Pərvinin “Sonuncu” adlı pyesini səhnələşdirmişdim. O tamaşaya baxandan sonra çox adam mənə dedi ki, bunu mütləq ekranlaşdır, çünki sənət adamının dramatik həyatı hər zaman maraqlı olur. Mən də düşündüm ki, məqamdır. Beləliklə, Yuğ Teatrının səhnəsində kameraları quraşdırıb, çəkilişlərə başladıq”.

“Azərbaycantelefilm” Nəsiminin 650 illiyinə də töhfə verməyə hazırlaşır: “1974-cü ildə Rəsul Rzanın “Son gecə” adlı poeması əsasında eyniadlı tele-tamaşa hazırlamışdım. Nəsimi rolunda da Hamlet Xanızadə oynayırdı. Nəsimi ilk dəfə o tamaşa ilə ekranlara gəlmişdi. Fikirləşdim ki, bu əsəri həmkarım Nazim Məmmədovla yenidən işləyək. Artıq kastinqlər bitib, Nəsimi rolunda bu dəfə Elşən Rüstəmov, keşikçi rolunda isə Vidadi Əliyev oynayacaq”.

“Son gecə”nin çəkilişləri iyulun 15-dən Şirvanşahlar Saray kompleksində baş tutacaq.

Ramiz müəllim serial çəkmək arzusunda olduğunu da inkar etmir: “İmkan olsa, Anarın “Ağ Liman”ı, “Əlaqə”, “Macal”, “Gürcü familiyası”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi” və başqa əsərlərini birləşdirib, vahid serial şəklində çəkərdim. Hadisələri bizim dövrümüzə də gətirmək olar. Görüm də. Bunlar hələ arzulardır…”

Yenə Təhminə, yenə də Anar… Deyəsən, Anar bizim nəslin taleyinə yazılıb, hara gediriksə qarşımıza çıxır. Neynək… “Azərbaycantelefilm”ə yaradıcılıq uğurları arzulayıb, Xəbərlər İnformasiya Proqramları Studiyasına yollanırıq. Burda bizi kim qarşılasa yaxşıdır? “GünEllə səyahət” verilişinin aparıcısı Günel Habilqızı. Günel xanım xahiş edir:

– “E” böyük hərflə yazılsın.

– Niyə?

– Günel mənim, Elbrus rejissorumuzun adıdır. Bu, ikimizin layihəsi olduğuna görə, adlarımızı birləşdirmişik.

AzTV-də bu vaxta qədər səyahət verilişləri olmayıb. Günel bu verilişin yaranma ideyasından danışır:

– Xəbərlər üçün Lahıca getmişdik. Beş dəqiqəlik süjet hazırladıq. Bu süjetdən sonra səyahət verilişi yaratmaq ideyası yarandı – Sevinə-sevinə bildirir – Xınalıqla başladıq, artıq Zaqataladan 15-ci verilişimizi edirik – və gülür.

Günel iddialıdır:

– Bizim səyahət verilişi başqalarından fərqlənir.

– Nəyi ilə?

– Əvvəla, şit deyil, ikincisi, “GünEllə səyahət”də sponsor yoxdur. Biz sırf turistlərin gedə biləcəkləri yerləri çəkib təqdim edirik. Sonra bizdən soruşurlar ki, o yer haradır, ora necə gedək? Məsələn, biz Qaxda bir hamama getdik. Oranı heç çoxları bilmir. Səhər tezdən yollandıq, çay keçdik, piyada getdik, günortaya çatdıq. Bizə hətta dedilər ki, yol çətindir, getməyin, amma biz getdik. Ondan sonra özümüzə deyirik ki, biz odda yanmaz, suda batmazlarıq – gülür.

Günel xanımla sağollaşıb, keçək İnformasiya Proqramları Studiyalarının baş direktoru Mehriban Məmmədova ilə söhbətə. Qoy, burada aparılan yeniliklər barədə özü məlumat versin: “Gün ərzində 13 xəbər buraxılışımız olur. Onların hər biri efirə canlı gedir. Bundan başqa, hadisə yerindən canlı bağlantılar təqdim edirik. Əvvəllər canlı bağlantılarımız bu qədər deyildi. Xəbərlərimizin də sayı artıb, faktiki saat 17-yə qədər hər iki saatdan bir, saat 17-dən sonra isə hər saatdan bir “Xəbərlər”i təqdim edirik. Bundan başqa, vacib məsələlər olanda canlı yayımla veririk. Canlı yayımlar Feysbuk üzərindən də olur və biz Feysbukdan verilən sualları cavablandırırıq. Əvvəllər AzTV-də belə şeylər olmurdu”.

Mehriban xanımın sözlərinə görə hər zaman operativliyi qorumağa çalışırlar: “İkinci sosial paketlə bağlı ilk sərəncam 19:30-da verildi, biz artıq “Xəbərlər”in 20:00 buraxılışında Vüsal Qasımlını (İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru – M.A.)dəvət etmişdik. Onun vasitəsi ilə tamaşaçı bu paketin nəyə xidmət elədiyini bizdən öyrəndi”.

İnformasiya Proqramları Studiyalarında yeniliklərdən biri də Xüsusi Reportyor Qrupunun yaradılmasıdır. Qrupun fəaliyyəti müxtəlif mövzuları seçib araşdırmaqdan ibarətdir. “Bizim digər müxbirlərdən fərqimiz ondan ibarətdir ki, mövzuları özümüz tapıb araşdırırıq. Hazırda 7 nəfər əməkdaşımız var. İstəyirik ki, gələcəkdə redaksiyadakı bütün müxbirlər bu qrupa daxil olsun” – bunu reportyorlar qrupunun gənc üzvü Tural Qurbanov deyir.

İnformasiya Proqramları Studiyalarının digər bir gənc əməkdaşı isə Səmayə Quliyevadır. Səmayə xanım əvvəllər reportyor kimi çalışıb, mart ayından isə həm də “Xəbərlər”in aparıcısı keçib:

– Çalışırıq ki, səhvlərimiz olmasın, amma səhvlərimiz olanda da Rövşən müəllim vurğulayır ki, siz robot deyilsiniz, səhv edə bilərsiniz.

– Rəhbərliyin işçilərə münasibəti necədir?

– Rövşən müəllim mükəmməl adamdır, doğrudan, o bizi başa düşür. Çünki Rövşən müəllim də müxbir olub, veriliş aparıb.

Səmayə xanım AzTV-nin adlı-sanlı diktorlarından, aparıcılarından öyrəndiklərini də vurğulayır. Elə fürsət düşmüşkən, biz də Azərbaycan Televiziyasının simalarından biri sayılan Dilarə Səlimə yaxınlaşırıq. Dilarə xanım hazırda “Mədəniyyət xəbərləri redaksiyası”nın baş redaktorudur:

– Azərbaycan Televiziyası ana televiziya olduğu üçün burda klassik ənənələr qorunur. Eyni zamanda, müasir televiziyaya nə tələb olunursa, onları da artıq yeni verilişlərdə, yeni üslubla təqdim edirik. Tamaşaçıları ekran qarşısında saxlamaq üçün müasir həyatın ab-havası televiziyada da əksini tapmalıdır.

– Xalq arasında belə bir fikir vardı ki, AzTV-yə ancaq qocalar baxır. Necə düşünürsünüz, həmin stereotipi dağıda bilmisiniz?

– Dəyişikliklərdən sonra fikir versəniz, görərsiniz ki, bizim gənclərə ünvanlanmış nə qədər yeni verilişlərimiz var: “Nəsillərin debatı”, “Gənclik stansiyası” və sair. Nə qədər yeni aparıcılar, gənclər televiziyaya gəlib. Azərbaycan Televiziyasında Televiziya Akademiyası var. Əgər əvvəllər akademiya aktiv fəaliyyət göstərmirdisə, dəyişikliklərlə bərabər oranın özündə də yeniliklər olub. Bu yaxında məzunlarımızı təqdim etdik. Onların əksəriyyəti indi burada çalışırlar. Bu özü böyük bir addım, yenilikdir, tamamilə dəyişiklik deməkdir.

Dilarə Səlim onu da vurğulayır ki, əgər əvvəllər AzTV-də mövzu məhdudiyyəti var idisə, artıq belə bir məhdudiyyət götürülüb. Bu da zamanla ayaqlaşma ilə əlaqədardır.

Etiraf edim: “Əsas məsələ” verilişinin aparıcısı Rüfət Həmzəyev haqqında mənə əvvəldən deyilmişdi ki, ölkənin ən intellektual aparıcılarından biridir. Doğrusu, masasındakı kitablar da mənə əyani sübut kimi göründü. Təəssüf ki, kitabların adını çəkməməyi xahiş edir. Biz də onun təvazökarlığına hörmətlə yanaşmağı özümüzə borc bilirik: “Əsas məsələ” hazırda AzTV-nin ən əsas ictimai-siyasi tok-şoularından biridir. Rəhbərlik dəyişiləndən sonra bu verilişin də formatında müəyyən dəyişikliklər edilib. Artıq verilişin bəy və xanım olmaqla iki aparıcısı var. Opponentlərin olması artıq AzTV üçün bir yenilikdir. Bundan başqa, auditoriyanın müzakirələrdə aktiv iştirakı da yenilikdir”.

Rüfət bəyin sözlərinə görə, auditoriya bir çox kanallarda olduğu kimi sadəcə “massovka” xatirinə, əl çalmaq üçün təşkil edilmir: “AzTV-nin rəsmi internet səhifəsi açılandan sonra Feysbukdan tamaşaçılar bizə yazır, verilişlərdə iştirak etmək istədiklərini bildirirlər. Biz də onların istəklərini həyata keçirməyə çalışırıq. Elə bil ki, ictimaiyyətlə televiziya arasında daha sıx əlaqə yaranıb. Biz sosiumdan gələn tələbləri, istəkləri efirdə müzakirə edirik. Çünki problemlər müzakirə olunmasa, onlara cavab tapılmaz”.

Nə yalan deyim, müsahibələrdən bir qədər yorulmuşam. Yaxşı ki, bu dəm bizim Ülviyyə Heydərovanı görürəm. Qələm dostum “Xəbərlər” verilişi və “Mədəniyyət” kanalı üçün süjetlər hazırlayır. Nəfəs dərmək adıyla masasına yaxınlaşıram.

– Ülviyyə, işdə hekayə yazırsan? – provokativ sual.

– Yazıram, amma onu qeyd etmə də. Yaxşı çıxmaz.

Söz verirəm və gördüyünüz kimi sözümü tuturam.

“İş yormur ki?” – soruşuram.

Ülviyyə deyir ki, mədəniyyətdən yazmaq ona xoşdur, buna görə də yorulmur. “Dilarə Səlim bura keçəndən sonra isə hər gün işə tələsirəm. Dilarə xanım mənə stimul verir”. – Bunu da Ülviyyə deyir.

– Bu gəmilər nədir? – Monitorun qırağına qoyulmuş kağız fiqurları soruşuram:

 

– Bura mənim ağ limanımdır – gülür.

– Əl çəkin, canım, bu “Ağ liman” eşqindən. Bayaq Ramiz Həsənoğlu, indi də sən… – Guya ciddiləşirəm.

– Yaxşı, yaxşı hirslənmə, ağ olmasın, qırmızı liman olsun, – o da guya məni sakitləşdirməyə çalışır.

Süjetləri ilə mədəniyyətimizə mayak tutmağa çalışan Ülviyyəni qırmızı gəmiləri ilə baş-başa qoyub, xəbərlər redaksiyasından çıxmağa hazırlaşırıq ki, bu dəm “İqtisadiyyat xəbərləri” blokunun əməkdaşları qabağımızı kəsirlər:

– Biz də danışmaq istəyirik.

– Hansı əsasla? – Zarafata salıram.

– Çünki şüarımız var: “Əsas ürək və niyyət təmiz olsun, qalanları düzələcək”.

“İqtisadiyyat xəbərləri” blokunun bu nikbin şüarı xoşuma gəlir deyə, mikrofonu onlara sarı tuşlayıram: “Bizim iqtisadiyyat xəbərlərinin başqa kanallardakı iqtidasiyyat verilişlərindən fərqi odur ki, heç bir qurumu reklam etmirik, ona görə də obyektiv, balanslaşdırılmış xəbərlər hazırlayırıq. Özü də çalışırıq iqtisadi məlumatları elə dillə təqdim edək ki, hamı başa düşsün. Axı bizə baxan təkcə iqtisadçılar deyil”.

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində, necə deyərlər, özümüzünkülərdir, keçmiş APA -çılar – Mübariz Aslanov və Heyran Əmiraslanova. Ümumilikdə isə şöbənin 5 əməkdaşı var.

Bu şöbə əvvəllər sadəcə “İctimaiyyətlə əlaqələr” adlanırdı: “Rövşən müəllimin tapşırığı ilə adı dəyişdirilib, bu cür oldu. Deyim ki, əvvəllər AzTV-nin Feysbukda səhifəsi yox idi. Yeni rəhbərlik gələndən sonra bütün sosial şəbəkələrdə səhifələr açılıb. Səhifələr müntəzəm şəkildə yenilənir, tamaşaçıların fikirləri öyrənilir, nəzərə alınır”, – şöbə müdiri Mübariz Aslanov deyir.

Verilişlərdən maraqlı hissələri kəsib sosial şəbəkələrdə paylaşmaq da Heyran xanımın işinə aiddir: “Doğrusu, yüksək baxış sayları əldə edirik. Rəylərdə yazırlar ki, əvvəllər AzTV-də belə şeylər olmazdı. İndi kanalın siması tamam dəyişib”.

Növbəti dayanacağımız “Əsas məsələ”, “Nəsillərin debatı”, “Xəbərlər” kimi verilişlərin çəkildiyi studiyalardır. Amma burda çox dayanmayıb, İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının diektoru Sərvər Bayramovla müsahibəyə yollanırıq. Studiyalardakı yenilənmələrlə bağlı da o məlumat verəcək:

– Son illər ölkədə o qədər böyük işlər aparılır ki, onları cəmiyyətə təqdim etmək həddindən artıq böyük məsuliyyət tələb edir. Buna görə sosial sahə ilə bağlı verilişlər hazırlamağa çalışırıq. Bundan başqa, dünyada baş verən hadisələrlə bağlı “Planet” adlı verilişimiz efirə gedir. Yeni layihələrimizdən “Rakurs” verilişi var ki, həftə içi 5 gün efirə çıxır. “Rakurs”da çalışırıq ki, günün əsas hadisəsini müzakirəyə çıxaraq. “Günün nəbzi”ndə mövzuya uyğun görüntülər verməklə, məzmun baxımından da müəyyən dəyişiklik etmişik. “Əsas məsələ” tok-şousu barədə də yəqin Rüfət Həmzəyev məlumat verib…

– Bəli, verib. Sərvər müəllim, AzTV-də “Milli istehsal” adlı veriliş də var. O nəyə xidmət edir?

– Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən biridir. Burda əsas məqsəd “Made in Azerbaijan” brendinin dünyaya çıxarılmasıdır. Buna görə də biz belə bir veriliş hazırladıq ki, istər paytaxtda, istərsə də bölgələrimizdə istifadəyə verilən sənaye parkları, aqrar sahədə görülən işlər barədə məlumat verək. Burda da məqsədimiz odur ki, Azərbaycanın milli istehsalının yaradılması prosesində yaxından iştirak edək.

– Bildiyim qədəri ilə gənclərlə bağlı verilişlərin sayında da artım var.

– Gənclərlə bağlı “Gəncsən”, “Gənclik stansiyası” və başqa verilişlərimiz var. Həmin verilişlərdə gəncləri maraqlandıran mövzulardan söhbət açır, dövlətin gənclər siyasətindən bəhs edirik. “Nəsillərin debatı” verilişində isə yaşlı nəsillə gənc nəslin debatı təşkil olunur. Biz bu debatı yaratmaqla gənc nəsillə yaşlı nəslin düşüncəsi, yanaşmaları arasındakı ortaq məxrəci müəyyən etməyə çalışırıq.

– Adətən bizim kanallarda tok-şoular qalmaqala hesablanır.

– Tok-şou formatında olan verilişlərimizin əsas amalı qalmaqal yaratmaq deyil. Əvvəla, bura Azərbaycan televiziyasıdır. İkincisi, bizim hədəflərimiz elmə əsaslanır. Mövzuları peşəkar şəkildə gündəmə gətirməklə sanballı verilişlərə nail olmaq istəyirik.

– Əvvəllər cəmiyyətdə belə bir təəssürat vardı ki, AzTV-nin göstərdiyi Azərbaycanda hər şey yaxşıdır, necə deyərlər, özünün ayrıca dünyası var.

– Doğrusu, mən eşitməmişəm, amma bu yanaşmalar ondan irəli gələ bilər ki, reallıqlar təqdim edilməsin. Reallıqlar təqdim olunanda cəmiyyət də onu rahat qəbul edir, inam, etimad mühiti formalaşır. Əvvəlki dövrdə çalışanların özlərinin yanaşması var idi, xüsusən köhnəlik aydın görünürdü. “Bu olmaz, bu olar” deməklə özlərində müəyyən bir çərçivə yaratmışdılar, bu da istər-istəməz real görünmədiyinə görə tamaşaçıda qıcıqla qarşılanırdı. Amma yeni dəyişikliklərdən sonra rəhbərliyin bizim qarşımızda qoyduğu əsas hədəflərdən biri problemləri də, uğurları da olduğu kimi göstərmək və onun ətrafında müzakirə yaratmağı təşkil etmək dayanır. AzTV haqqında illərdir formalaşan stereotipləri qırmaq çətin prosesdir. O baxımdan, artıq yeni rəhbərliyin dövründə efirin estetikası dəyişib, studiyalar yenilənib. Bundan başqa, kadr islahatları aparılıb, 200-dən artıq yeni kadr işə dəvət edilib. Onların əksəriyyəti gənclərdir. Rəhbərlik dəyişiləndən sonra 30-dan çox yeni veriliş açılıb. Təxminən 20-yə yaxın müasir studiya tikilib. Siz bayaq onlardan bir neçəsini gördünüz.

– Bəs yeni mövsümə hazırlıqlar hansı səviyyədədir?

– Yeni mövsümdən tamaşaçıların qarşısına yeni layihələrlə, yeni tok-şoularla, verilişlərlə çıxacağıq. Biz istəyirik ki, ölkədə həyata keçirilən sosial-iqtisadi məsələlərdən danışarkən tam reallığı göstərə bilək. Ölkədə hazırda o qədər böyük işlər həyata keçirilir ki, biz elə çatdırıb bu hadisələri təqdim edə bilsək, yeniliklərlə bağlı maarifləndirmə işlərini görə bilsək, hədəfimizə çatmış sayılarıq.

***

Reportaj bitir və biz AzTV-nin – məbədin ağır-ağır örtülən dəmir darvazalarından çölə çıxırıq. Özüm-özümdən xoflanıram: Bu eşitdiklərim nə idi, bunlar nə danışırdılar, AzTV hara, Feysbuk hara, reallıq hara? Mən doğrudanmı AzTV-ə gəlmişdim, yoxsa başqa yerə düşmüşdüm?

Dönüb geriyə baxıram.

AzTV-nin loqosu arxamızca əl yelləyir…

Mirmehdi Ağaoğlu, lent.az

Reportaj

Nəşr edilib: 2019/07/08 23:46

Baxış:669


XƏBƏR LENTİ

2020/06/02 18:06

2020/06/02 17:59

2020/06/02 17:40

2019/07/08 23:46

2020/06/02 17:37

2020/06/02 17:31

2020/06/02 17:27

2020/06/02 16:44

2020/06/02 16:43

2020/06/02 16:41

2020/06/02 15:12

2020/06/02 15:04

2020/06/02 14:32

2020/06/02 14:00

2020/06/02 13:01

2020/06/02 12:47

2020/06/02 12:31

2020/06/02 12:19

2020/06/02 11:24

2020/06/02 11:11

2020/06/02 11:00

2020/06/02 10:55

2020/06/02 10:44

2020/06/02 10:31

2020/06/02 10:27

2020/06/02 10:18

2020/06/01 21:48

2020/06/01 21:34

2020/06/01 17:35

2020/06/01 17:16

2020/06/01 17:14

2020/06/01 15:05

2020/06/01 14:59

2020/06/01 14:49

2020/06/01 14:29

2020/06/01 14:15

2020/06/01 13:31

2020/06/01 13:11

2020/06/01 13:00

2020/06/01 12:58

2020/06/01 12:52

2020/06/01 12:28

2020/06/01 12:22

2020/06/01 12:16

2020/06/01 12:13

2020/06/01 11:54

2020/06/01 11:04

2020/06/01 10:57

2020/06/01 10:54

2020/06/01 10:48

Американский бунт, бессмысленный и беспощадный

В 1972 году в СССР увидела свет книга Б. Стрельникова и И. Шатуновского «Америка справа и слева», написанная «по следам» знаменитой «Одноэтажной Америки» Ильфа и Петрова. Где, в числе прочего, был и такой отрывок: «Мы были в Нью-Йорке, когда стало известно о расстреле оккупантами вьетнамских крестьян в деревне Сонгми. В вагоне нью-йоркской подземки мы видели американца, наверное, только что купившего газету. Он развернул ее и оторопел. Растерянно он переводил взгляд от портретов экипажа «Аполлона-12» к портрету лейтенанта Колли (Келли — Minval.az). Триумф и несмываемый позор. И то и другое — Америка». Вот и на сей раз на страницах СМИ репортажи о старте космического «Дракона» Илона Маска соседствуют с «горячей картинкой» из американских же городов — с полицейскими автомобилями, «наезжающими» на толпу, с пылающими зданиями полицейских участков и кадрами откровенного грабежа магазинов. Можно, конечно, восстановить хронологию событий. 25 мая житель Миннеаполиса, темнокожий Джордж Флойд расплатился в магазине, как показалось продавцу, поддельной купюрой — а это в США более чем серьезное преступление. Продавец вызвал полицию, к тому же ему показалось, что Флойд был нетрезв. В сети уже есть видеокадры, из которых следует, что Флойд сопротивлялся «копам», когда его пытались усадить в полицейский автомобиль, а в таком случае американские правоохранители действуют «по жесткому сценарию». Затем в сеть попали уже другие кадры, где полицейский Дерек Шовин давит Флойду коленом на шею, не обращая внимания на слова задержанного, что он задыхается. Через несколько часов Флойд умер в больнице, Шовин был отстранен от службы и арестован по обвинению в убийстве по неосторожности, но это уже не помогло. Сначала беспорядки охватили Миннеаполис. Сегодня, как подсчитала The New York Times, беспорядки охватили 140 городов. В 15 штатах и столичном округе Колумбия на улицы вышла Национальная гвардия. Более того, в 40 городах, в том числе в Лос-Анджелесе, Сан-Франциско, Денвере, Атланте, Чикаго, Детройте, Филадельфии и Далласе, введен комендантский час. Под огонь уже попадали журналисты, в частности, съемочная группа «Немецкой волны», и ОБСЕ высказала по этому поводу свою обеспокоенность, что уже само по себе невиданное дело. Президент США Дональд Трамп уже провел несколько часов в бункере, когда демонстрации бушевали прямо у стен Белого дома. А затем пообещал бросить тяжело вооруженные армейские спецподразделения для усмирения беспорядков и пригрозил губернаторам штатов и городов, что если они не могут проявить должную решимость и взять под контроль ситуацию на улицах, то он сделает это сам…Сценарий, оставляющий стойкое ощущение «дежавю»: точно так же развивались события в тех же США в августе 2014 года, когда патрульный полицейский Даррел Уилсон застрелил темнокожего Майка Брауна — с беспорядками, обвинениями полиции в «белом расизме» и т.д. И самое главное, потом, после долгих расследований, несмотря на все давление общественности, жюри присяжных пришло к выводу, что полицейский действовал правильно, а Майкл Браун вел себя агрессивно — в общем, «по уставу — правильно стрелял». Были беспорядки 2011 года в Лондоне, вспыхнувшие после того, как полиция застрелила местного наркодилера. Были волнения в «нефранцузских» пригородах крупнейших мегаполисов Франции… Список можно продолжать до бесконечности, и везде сценарий похож до наваждения: сначала — инцидент, после которого есть основания обвинить полицию в произволе и расизме, затем — шумные митинги под требованиями правосудия, с напоминаниями, что жизни «черных» и «белых» должны иметь одинаковую ценность…Но затем все «сваливается» в уличные беспорядки, поджоги и, главное, погромы и грабежи магазинов. А главным лозунгом становятся уже не красивые либеральные идеи, а что-нибудь попроще — вроде грабежа «жирных котов», то бишь богачей. И где «под раздачу» попадают не миллионеры, а владельцы мелких магазинчиков и лавочек, просто попавших под руку, автомобилей, припаркованных на пути протестующих, и т.д. Что уже мало напоминает мирный протест. И полиция, кстати говоря, тоже далеко не всегда ведет себя с протестующими «на вы», и это еще мягко сказано: социальные сети и СМИ переполнены видеокадрами, где полицейские автомобили наезжают прямо на толпу демонстрантов, где протестующие в прямом смысле остаются под копытами лошадей конной полиции и т.д. Здесь, конечно, огромное поле для комментариев и анализа. Можно вспомнить, вернее, припомнить, что 2020 год — выборный, что Трампа и его сторонников-республиканцев по традиции обвиняют в расизме, начать подробно анализировать, к республиканцам или демократам принадлежат губернаторы и мэры городов, охваченных сегодня беспорядками. Можно даже выстроить конспирологическую теорию, вспомнить, как Синклер Льюис в своем романе «У нас это невозможно» описал становление в США фашистской диктатуры, а затем пугать слабонервных читателей: вот сейчас злыдень Трамп введет войска в те мегаполисы, где его не любят, и тогда американской демократии придет конец. Но, возможно, куда важнее другое. В двадцатые годы многие были убеждены: необходимо дать максимальную свободу частному предпринимательству, частной инициативе, бизнесу и торговле — и все проблемы будут решены сами собой, рынок способен отрегулировать все и вся. Но очень скоро «Великая депрессия» показала: рыночной стихии еще недостаточно. И нужно государственное регулирование. И точно так же еще недавно нас всех старательно убеждали: главное — это создать демократию, «прозрачность», гражданское общество — и все мыслимые и немыслимые проблемы будут решены. Но теперь мир переживает очередное разочарование. Как сквозь зубы признают даже самые горячие поклонники «лучших домов Парижа», эпидемия COVID-19, кроме всего прочего, еще и доказала, что далеко не во всех европейских странах система здравоохранения и механизм принятия решений в этой самой системе действовали и действуют на должном уровне. А каждая такая волна беспорядков — она тоже, как бы это повежливее и помягче, заставляет усомниться в универсальности постулата «вот надо сделать настоящую демократию и защитить права человека — и все проблемы разом исчезнут». А теперь нынешние беспорядки, охватившие города в США, показывают: в такой стране, как США, с глубочайшими — без малейшей иронии! — демократическими традициями, в государстве, которое не без оснований считается родоначальником современных демократических традиций, существует такое неприятное явление, как полицейский произвол. И это не только не оправдавшиеся обвинения в случае с Майком Брауном и пока еще продолжающееся расследование обстоятельств гибели Джорджа Флойда — это прежде всего тот самый «жесткий разгон» протестующих. Более того, если обратить внимание, с какой скоростью «вспыхивает» страна после каждого такого инцидента — это уже само по себе дает информацию к размышлению и об уровне расизма в США. Где, напомним еще раз, веру о «расовой» подоплеке в первые часы никто даже не пытается опровергнуть или хотя бы поставить под сомнение. И самое главное, в богатых и благополучных США такой протест, поддержанный «болтающим классом», слишком уж быстро «съезжает» на откровенное мародерство и грабеж магазинов. Нет, конечно, это вряд ли повод вопить о «конце либеральной идеи», да и фраза «зато у вас линчуют черных» не зря стала мемом еще в годы существования реального и законодательно закрепленного расизма в США. Но уже нет сомнений в том, что американская модель демократии еще не гарантирует решения всех проблем разом, и это как минимум заставляет усомниться в «универсальности» многих политических рекомендаций made in USA, особенно тиражируемых разнообразными НПО. А еще интересно, как быстро кадры жесткого разгона протестующих в США будут «подаваться» в соцсетях как якобы снятые на улицах Баку. Тем более что с разгоном митингов в Брюсселе такой прецедент уже был. Нурани, политический обозреватель

Армения предъявила территориальные претензии Азербайджану, Турции, Грузии и Ирану

Легальной купли-продажи квартир в СССР, как известно, не существовало. А вот квартирное мошенничество было на уровне «мама не горюй». Особенно при «многоступенчатых» обменах жилой площади. Бывали и более простые случаи: квартиры, предоставленные по закону одним, «нахрапом» занимали другие. Только вот умные и знающие люди предупреждали: это только кажется, что таким способом можно без труда заиметь вожделенную квартиру. На самом деле из такой вот незаконно захваченной квартиры в любую минуту можно вылететь. В лучшем случае — на улицу. В худшем — в тюрьму. А уж если продолжать такого рода мошенничество — тогда вероятность, что «размотают всю цепочку» и припомнят грехи, «плюсуется» многократно. Со всеми вытекающими. Сегодня уже квартиры стали объектом вполне законной купли-продажи, мошеннические схемы изменились, но правило «сколь веревочке не виться» продолжает действовать. А теперь эта последовательность событий разворачивается в отношении даже не шайки «квартирных мошенников», а целой страны, пусть и «форпоста» — Армении. Где самым внимательным образом ознакомились с недавним «программным» выступлением президента Азербайджана Ильхама Алиева на открытии жилого комплекса «Гобу Парк — 3» для вынужденных переселенцев, где глава государства, кроме всего прочего, еще и напомнил, что нынешняя столица Армении — это древний азербайджанский город Иреван, который ей уступили на переговорах в 1918 году. Вряд ли в Армении об этом не знали или забыли. Недавно в Интернете и социальных сетях широко разошелся «видеопост» Ильи Варламова, где сотрудница иреванской мэрии признает, что в этом городе в начале ХХ века армяне не жили. Важно другое: Азербайджан напоминает об этом неудобном «историческом бэкграунде» в то время, когда Армения предъявляет претензии на земли практически всех своих соседей по периметру. Так, на днях СМИ Армении подробно осветили инцидент во время протестов, охвативших американские города: под шумок в Денвере, штат Колорадо, неизвестные вандалы прошлись аэрозольным баллончиком с краской по установленному в городе хачкару в честь «жертв геноцида армян», добавив еще пару «комплиментов» полицейским. В Иреване тут же заголосили: оказывается, «памятник является копией 3000-летнего хачкара из легендарного кладбища Джульфа, расположенного в Нахичеванской автономии Азербайджана и разрушенного в 2005 году». Вышло, правда, на уровне «армянского радио»: каким-то непонятным образом «христианский камень-крест» имеет 3000-летнюю историю, тогда как христианство существует никак не больше 2 тысяч лет, и можно ли в таком случае верить всем остальным «байкам из склепа» по поводу мифического «разрушения армянского кладбища». Но притязания на Нахчыван обозначены четко. Более того, издания, имеющие неофициальный статус пашиняновских «рупоров», публикуют карту, где Нахчыван «включен» в территорию Армении, рядом изображен весьма обширный «Арцах», превосходящий по площади ныне оккупированные Арменией земли, нарисован «Аварстан», «Цахур-Лезгистан», «Талыш-Муганская республика», а на Абшероне красуется некая «Бакинская конфедерация». Можно, конечно, отмахнуться, но «на языке», то бишь на сайте, этого медиа-органа появляется именно то, что «на уме» у Пашиняна и его ближнего круга. Так что эта карта позволяет судить о масштабе притязаний Армении на земли Азербайджана: то, что Иреван патронирует и боевиков «Садвала», и персон вроде Аликрама Гумбатова, уже ни для кого не секрет. И не только Азербайджана, кстати говоря. Турецкая Восточная Анатолия, которую здесь мечтают превратить в «Западную Армению» — это уже классика жанра. Грузинская Джавахетия — тоже. До последнего времени единственной страной, к которой у Армении не было гласных территориальных претензий, оставался Иран. Во-первых, границу с ним эта страна обрела только после того, как ей был подарен Зангезур, а во-вторых, и «в-главных», у Армении с Ираном нежная дружба и тесное сотрудничество, в том числе в деликатных сферах. Но на той же карте «язык» мифической «Талыш-Муганской республики» уже захватывает и иранскую территорию. Да, пока здесь Иреван прячется за Гумбатова и его предшественников, но не исключено, что это начало и «пробный шар». Тем более что небезызвестный Дмитрий Киселев, комментируя в очередной раз слухи о возможных ударах США по Ирану, заявлял в эфире своих «Вестей недели»: «В Иране и уникальные армянские святыни. Например, в долине реки Аракс — монастырь Святого Степаноса, IX век. Или монастырь Святого Фаддея, VII век». И вряд ли стоит напоминать, как при помощи таких «армянских святынь» в кавычках и без Армения продвигает свои территориальные притязания к соседям. Понятно, что в Иреване рассчитывали и рассчитывают на поддержку Москвы, только вот, во-первых, сегодня у Кремля предостаточно забот и проблем, так что в решающий момент ему может оказаться просто не до проблем своего «недофорпоста». А во-вторых, на фоне таких территориальных аппетитов Иревана практически все страны — соседи Армении имеют основания видеть в ней прямую и явную угрозу для себя. А это не только меняет для Азербайджана масштабы той операции, но и заметно смещает «дипломатические акценты». И вот тут уже весьма зыбкие, и это еще мягко сказано, права Армении на земли Иреванского ханства, захваченный у Азербайджана Зангезур и у Грузии — Лори могут получить совсем другое прочтение. Потому что силовая перекройка границ — процесс обоюдоострый. Нурани, политический обозреватель

Ильхам Алиев закрыл вопрос Нахчывана

В Армении слова президента Ильхама Алиева о том, что во времена Гейдара Алиева армяне в Карабахе «не смели даже поднять голову», произвели эффект землетрясения. Оно и понятно почему. Сильная власть в Баку всегда начисто отвергала всякие проявления самодеятельности и вседозволенности. Стоило  Гейдару Алиеву уехать в Москву на повышение, как враждебные силы нашли бреши в системе защиты республики от враждебных проявлений. В самом деле, Гейдар Алиев перманентно был сильным началом во власти, отвергая все попытки случайных стараний расшатать ситуацию. Его временное отсутствие в Азербайджане и привело к тому, что нечисть проявила свою разрушительную сущность. Впрочем, это уже история. Воспоминания о Гейдаре Алиеве в Азербайджане всегда и непременно вызывают ощущения гордости и уверенности, силы и веры в себя, и иного не дано. Сегодня армяне говорят о судьбе Нахчывана, как о цели, которая вполне достижима. Но предающиеся сладострастным настроениям ненасытные соседи забывают, что Гейдар Алиев впервые поднял флаг свободного Азербайджана в Нахчыване в бытность еще СССР, продемонстрировав всем, что волю к свободе, веру в свои возможности невозможно победить. Флаг свободы был поднят в горниле предательств и интриг, и признанный лидер смог сделать то, чего до него никто в СССР не смог себе позволить, и это доказанный факт. Армяне сегодня задаются вопросом – зачем Ильхам Алиев вспомнил о флаге, поднятом великим отцом в Нахчыване. Случайно ли это? Конечно же, нет. Нахчыван – это древняя обитель Азербайджана, где нет отметин низости и фальши. История древней азербайджанской земли – это хроника побед и мужества, чести и достоинства, где нет места кривотолкам и сомнениям. Нахчыван никогда не был другим, кроме как азербайджанским, и так будет в будущем, потому Ильхам Алиев выносит тему за скобки актуальности. То, что не вызывает сомнений, не обсуждается. И причем здесь проблема региональной безопасности, которую пытаются внести в повестку армянские модераторы алогизмов?! Политические бонзы Армении сегодня пытаются засорить актуальную повестку вопросом прав на Нахчыван, не понимая, что навлекают на себя неподъемные проблемы. Тут впору вспомнить о размытом сознании армян, которые навлекают на себя новые трудности в условиях острого дефицита, неустроенности и безденежья. Неужели им непонятно, что не имеет смысла решать уже решенные проблемы?! Неужели не хватает ума и мудрости, чтобы не отвлекаться на вымышленные проблемы?! Региональный военно-политический статус-кво ожидает остаточного исправления, и связано это не с Нахчываном, а с Карабахом, который находится во временном подчинении оккупационного сепаратистского режима, подпитываемого из Иревана. Министр обороны Азербайджана Закир Гасанов сегодня докладывает Верховному главнокомандующему об оперативной ситуации на передовой без прикрас. Апрель 2016 года – это не только точка отсчета, а смысл всей военно-политической ситуации, которая не нуждается в оправдании. Удар по Армении в Карабахе, оказавшись ощутимым и поучительным, похоже, ничему не научил противника. Раз Армения не поняла сути происшедшего, значит, нужен еще один внушительный месседж. В чем была суть апрельской кампании 2016 года? В том, что времена изменились, и никогда более алчный враг не сможет третировать Азербайджан, который взял на себя миссию лидера региона. Доподлинно известно, что если бы не вмешательство сторонних сил, восклицательный знак в карабахской теме, о которой решительно высказался президент Ильхам Алиев, давно бы имел де-факто олицетворение. Но его никто не отменял, и он обречен найти вещественное обозначение на фактуре проблемы. В условиях, когда сильная сторона ставит задачу, они никогда от нее не отказывается, и добивается ее выполнения. Идея мира и согласия с армянским сегментом региона имеет право на существование, но только после того, как восстановится справедливость и порядок в регионе, когда территориальная целостность Азербайджана, подпадающая под требования международного права, будет разрешена. Иного стечения обстоятельств не будет. Вооруженные силы Армении никогда более не смогут застолбить за собой роль определяющего фактора, и сомнений в этом быть не может. Если кто-то в Иреване вознамерится доказать обратное, сильно об этом пожалеет. Сила, разрушительный потенциал и маневренность на сегодня – это есть показатели самой сильной военной дружины региона, которую олицетворяет потенциал Азербайджана. Все остальное, что не стыкуется с доказанным постулатом, есть не более, чем пустые фигуры речи. Тофик Аббасов, аналитик