Öz qapısına qol vurduğu üçün öldürən futbolçu – FOTOLAR

Ölüm səbəbləriylə dünya idman tarixinə düşən futbolçular:

İlk olaraq 1942-ci ildə baş tutan Ukrayna və Almaniya matçından başlayaq. Bu oyun kənardan baxıldığında heç bir şeyi ilə digər futbol matçlarından fərlənmir. Lakin burada müəmmalı bir məqam var, o da oyun sonrası baş verə hadisələrdir.

1941-ci ildə Ukrayna almanlar tərəfindən işğal olunur. Bundan sonra burada yaşayan yəhudilərə divan tutulur, Ukraynada aclıq və səfalət başlayır.

Almanlar insanlar arasında vəziyyəti stabilləşdirmək üçün ukraynalılarla almanlar arasında futbol yarışı keçirilməsinə qərar verirlər. Əlqərəz, 1942-ci ilin iyunundan avqustuna qədər 7 oyun olur və ukraynalılar bütün oyunlarda almanları maksimal hesabla udurlar.

1942-ci il, avqustun 9-u “Zenit” stadionunda keçirilən son oyun başlarda sakit keçsə də, oyunun sonlarına yaxın vəziyyət dəyişir. Belə ki, oyunda baş tutan ilk fasilədə SS zabitləri ukraynalı futbolçuların otağına girdikləri görünür.

Sonrakı araşdırmalardan müəyyən olunub ki, SS zabiti onlara udduqları təqdirdə başlarına hansı faciənin gələcəyini bildirib. Matçın ikinci hissəsində yenə ukraynalılar qalıb gəlir. “Ölüm matçı” adı verilə bu yarışdan bir müddət sonra oyun zamanı xüsusilə fərqlənən Nikolay Krotkix, İvan Kuzmenko, Aleksey Klimenko və Nikolay Truseviç müxtəlif vaxtlarda və müxtəlif səbəblərdən öldürülüb. Düzdür, hələ də tam sübut olunmayıb ki, qətliam almanlar tərəfindən törədilib. Lakin ən böyük ehtimal kimi də bu versiya göstərilir.

–       Növbəti futbolçu türkiyəli Yunus Əmrə İzoldur.

Yunus Əmrə İzol ile ilgili görsel sonucu

Yunus Əmrə İzol Türkiyənin “Yedikulespor” futbol komandasının oyunçusu idi. Onun öldürülməsi türk mediasının  gündəmindən düşməyən qadına şiddət mövzusu ilə əlaqədardır. Belə ki, Yunus xarici bir qadının döyüldüyünü görərək məsələyə müdaxilə etməyə çalışıb. Bu zaman əli bıçaqlı Ayxan adı şəxs Yunusu ürəyindən bıçaqlayıb. Hadisə küçədə yerləşən kameralar tərəfindən anbaan qeydə alınıb. Əli bıçaqlı şəxs polislər tərəfindən tutulub. Həmin şəxs polisə etirafında içkili olduğunu, döymək  istədiyi qadının moldovalı olduğu və guya ki, onun telefonunu oğurlayıb qaçmaq istəyərkən ona mane olmaq istədiyi bildirib. Lakin sonra polis tərəfindən müəyyən olunub ki, bütün bunlar Ayxan adlı şəxsin içkili vəziyyətindən törənmiş bir hadisədir. Bu acı hadisədən sonra, futbolçu Yunus Əmrə İzol dünyasını dəyişib, təqsirli bilinən Ayxan adlı şəxs isə həbs olunub.

–       Digər futbolçu Suriyada çox tanınan Cahid Kassab adlı şəxsdir.

Cahid Kassab Suriyanın “Al Ahd”, “Ajman Emirati”, “Al Karama” futbol klublarının formasını geyinib. Milli komandanın kapitanı olan Cahid öz ölkəsinin super ulduzu kimi tanınıb.  Lakin futbol karyerasının bitiminə az bir müddət qalmış həbs olunur. Bunu əsas gətirirlər ki, Suriyanın  hazırda da prezidenti olan Bəşər Əsədə qarşı təşkil olunmuş mitinqdə iştirak edib. Bir müddət həbsdə qaldıqdan sonra onun ölüm xəbəri yayılır. Ehtimal olunur ki, futbolçu həbsdə gördüyü işgəncələrə dözə bilməyib və dünyasını dəyişib.

–       Son olaraq dramatik şəkildə həyatla vidalaşan Anders Eskobarı tanıyaq.

andres escobar ile ilgili görsel sonucu

Hələ 27 yaşında olarkən talesiz bir şəkildə həyatını itirən kolumbiyalı futbolçunun ölüm səbəbi digərlərinə nisbətən çox fərqlidir. Belə ki, 1994-cü ildə Kolumbiya qrup mərhələsinin son oyununda Argentinanı 6-0 hesabı ilə məğlub edərək futbol həvəskarlarının diqqətini öz üstünə çəkməyi bacarmışdı. Hələ Pelenin “mən Kolumbiyanın qələbəsinə inanıram” deməsi hər kəsi Kolumbiyanın qələbəsinə inandırır.

Bundan sonra buradakı pul və söz sahibləri Kolumbiyanın Rumıniya ilə olacaq matçdakı qələbəsinə böyük miqdarda pul qoyurlar. Lakin gəlin görün ki, hər şey kolumbiyalıların istədiyi kimi keçmir.

Son anda oyuna daxil olan Eskobar səhvən öz qapısına qol vurur və Kolumbiya və Ruminiya matçı 2-1 Ruminiyanın xeyirinə başa çatır. Matçdan sonra müsahibə verən Eskobar ”bəli öz qapıma qol vurdum, amma eybi yox, həyat hələ davam edir”-deyib.

Bu matçdan 10 gün sonra Eskobar gecə əyləncə mərkəzlərinin birindən vurularaq dünyasını dəyişib.

Məleykə

Minval.info

İdman

Nəşr edilib: 2018/04/09 13:28

Baxış: 897


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06