Özbəkistan prezidenti Azərbaycana gəlir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.
Bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.
Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

