Özcan Dənizin ailəsini Aslı dağıdıb? – İfaçıdan açıqlama
Müğənni Özcan Dəniz həyat yoldaşı Feyza Aktandan aktrisa Aslı Enverə görə ayrıldığı barədə yayılan xəbərlərə münasibət bildirib.
Minval.info xəbər verir ki, ifaçı sosial şəbəkədə yalan xəbərlərdən bezdiyini açqlayıb: “Karyeram boyu haqqımda yalan və uydurma xəbərlər yayıldı. İlk vaxtlar narahat olar, açıqlama verməyə ehtiyac duyardım. Sonra başa düşdüm ki, məni tələyə salaraq pul qazanmaq istəyirlər. Çünki yalan xəbərlər həm psixologiyamı pozur, həm də məni işimdən uzaqlaşdırırdı. Onlar isə pul qazanırlar, maaş alırlar. Susmağımın səbəbi yalan xəbərlərin artmasının qarşısını almaqdır”.
Qeyd edək ki, iddialara görə, cütlüyün evliliyi aktrisa Aslı Enverə görə bitib.
Belə ki, Ö.Dənizin Aslıya olan heyranlığı Feyzanı əsəbləşdirib. Çünki müğənni davamlı olaraq həyat yoldaşından Aslı kimi geyinməyi və onun kimi görünməyi tələb edib.
Cütlük münasibətlərini düzəltmək üçün psixoloqa getsə də, mütəxəssisin onlara faydası olmayıb. Feyzanın nikah günündə Aslının “İstanbullu gəlin” serialında geyindiyi libasdan geyinməsi də diqqət çəkmişdi.
Daha öncə cütlüyün aktrisa Meryem Uzerliyə görə ayrıldığı iddia edimişdi.


