Özcan Dənizin Bakıya gələcəyi tarix açıqlandı
Türkiyəli müğənni Özcan Dəniz Bakıya gələcək.
Minval.info xəbər verir ki, sənətçinin səfərinin məqsədi solo konsert verməkdir. Özcan oktyabrın 25-i Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Qeyd edək ki, bundan əvvəl tədbir sentyabrın 16-da planlaşdırılmışdı. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olub. Buna görə də tədbir təxirə salınmışdı. Müğənni isə sosial şəbəkədə Azərbaycan xalqına başsağlığı vermişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

