“Özümə nifrət edirəm, heç nədən öldürdüm ” – 9 dəfə azadlıqdan məhrum olunan məhkum – VİDEO
“5 qardaşıq, çöldə bir-birimizi görməmişik”…
ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında ömrünün yarısından çoxunu həbsxanada keçirən Füzuli Əliyevin həyat hekayəsindən danışılıb.
Füzuli Əliyev – Cəzası: 13il (Ümumi 35il): “İlk dəfə 1982-ci ilin aprel ayının 19-da tutuldum. Mənə də 1 il verdilər. Çıxandan sonra iki nəfəri vurdum. Birincini heçnədən vurub öldürdüm, 2 uşağı yetim qaldı. O hərəkətimə görə, özümə nifrət edirəm. Bunu mən etmədim, araq etdi. 12 il iş verdilər mənə. İkinci isə bilərəkdən vurdum, mənə sillə vurmuşdu. Gedib onu tapıb vurdum. O, ölməyib, yaşayır. Həyat çox gözəldir, yaşamaq lazımdır. Amma, burada gecdir artıq, qatar gedib. İnsanın ruhu azad olmalıdır. Harada olursan ol, əziyyət çəkən ruhdur. Atam bütün varlığını bizə verdi, amma, nə olsun? 5 qardaşıq, çöldə bir-birimizi görməmişik. Üçüncü dəfə tutulanda anam məhkəmədə dedi ki, bu qardaşlar qazamat adamlarıdır. Sonuncu dəfə çıxdım, saat yarım qalmadım, içkiyə görə yenidən içəri girdim. İçəndə bərk içirəm, özümü bilmirəm. Bu doqquzuncu məhkumluğumdur, yeddisi marixuanaya görə olub. Ümumi 35 ildir. Birinci tutulmadan sonra ailəm dağıldı. Səhv bir dəfə, iki dəfə olar, daha doqquz dəfə olmaz axı”.

