“Pandemiyaya görə Canəli bəyin yanına gedə bilmədik” – Yusif Mustafayev

Əməkdar artist Yusif Mustafayev xalq artisti Canəli Əkbərovun vida mərasiminə qatılıb.
Yusif Mustafayev Minval.info -ya açıqlamasında xalq artisti haqqında bu sözləri deyib: “Hamımız bir-birimizin yanında olmalıyıq. Allah Canəli Əkbərova rəhmət etsin. Valideynlərim rəhmətə gedəndə Cəlilabad rayonuna gəldi, o, bizim ağsaqqalımız və ustadımız olub. Həyatda əsl Həci olub, haqqın yolu ilə gedib. Biz onun getdiyi yolu davam etməliyik. Ölümünü gecə eşitdim. Rəhmətlik Baloğlan Əşrəfov ilə xəstəxanada ziyarət etmişdik. Son zamanlar səhhəti pisləşdi, evinə pandemiyaya görə gedə bilmədik. Mütəmmadi olaraq qardaşı ilə əlaqə saxlayırdım. Oğlunun ölümündən sonra düşdü. Valdiynə bundan böyük dərd ola bilməz. Həyatda hamıya nümunə idi”.
Nərminə Aydınqızı

XƏBƏR LENTİ
2025/11/19 14:22

