Paris: “Peninsula” otelindən 350 min avroluq zərgərlik məmulatı oğurlanıb
Parisin 16-cı rayonunda yerləşən “Peninsula” lüks otelindən qiymətli zərgərlik məmulatları oğurlanıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 0.50-də əllərində odlu silah olan oğrular otelə daxil olub və vitrində nümayiş edilən qiymətli zərgərlik məmulatlarını götürüb.
İlkin hesablamalara görə, qarət olunan zərgərlik məmulatının qiyməti 350 min avro civarındadır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

