Parlamentdə enerji içkiləri ilə bağlı narahatlıq
Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva enerji içkilərinin zərərlərindən danışıb. Xanım deputat enerji içkilərinin geniş yayılmasından naraahtlığını ifadə edib.
Bu zaman iclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu təsdiqləyib. Lakin o bildirib ki, bu məsələ ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması vacibdir. “Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?”
Z.Əsgərov ardınca bir daha bildirib ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.(musavat.com)
XƏBƏR LENTİ
2025/11/19 14:22

