Paşinyan işğal olunmuş ərazilərimizə gəlib – FOTOLAR (YENİLƏNİB)

Erməni KİV-nə istinadən xəbər verir ki, N. Paşinyan qondarma respublikanın prezidenti Bako Saakyanla Xankəndidə görüşüb.
O, daha sonra Saakyanla birlikdə Şuşa şəhərinə yollanıb.
***
12:27
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.
Bu haqda TASS agentliyinə Paşinyana yaxın mənbə bildirib.
“Baş nazir Paşinyan helikopterlə gəldi. Onu Qarabağın separatçı “ali rəhbərliyi” qarşıladı”, – mənbə əlavə edib.
Paşinyanın separatçı qurumun siyasi və hərbi rəhbərliyi ilə görüşləri, həmçinin Xankəndidə mətbuat konfransı planlaşdırılıb.
Qeyd edək ki, bəzi beynəlxalq informasiya agentlikləri bu mətbuat konfransında iştirak etmək üçün icazəni Azərbaycan Xarici İşlər Nazirliyindən alıb.


XƏBƏR LENTİ
2025/11/19 14:22

