Paşinyan mandatından imtina etdi – Yeni parlamentin ilk iclası olacaq

Ermənistan Milli Məclisinin 7-ci çağırış üzrə ilk sessiyası yanvarın 14-də keçiriləcək.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla “Mənim addımım” blokundan olan 17 namizəd deputat mandatından imtina edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib.
Komissiya notarial qaydada Paşinyanla digər namizədlərin qeydiyyatını qüvvədən düşmüş hesab edib.
Qeyd edək ki, yanvarın 14-də Ermənistan qanunvericiliyinə əsasən, prezident parlament iştirakçılarının əksəriyyətinin səsverməsi ilə baş naziri təyin etməlidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

