Paşinyan Parisə yollandı
Parisdəki Əlillər evində müğənni Şarl Aznavurla vida mərasimi keçirilir.
Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, vida mərasimində şansonyenin qohumları, Fransa prezidenti Emmanuel Makron, həmçinin Ermənistanın prezidenti və baş naziri – Armen Sarkisyan və Nikol Paşinyan iştirak edirlər.
Aznavurun şərəfinə vida mərasimində Ermənistanın və Fransanın dövlət himnləri səsləndirilib.
Qonaqların arasında həmçinin Fransanın eks-prezidentləri Fransua Olland və Nikol Sarkozi, nazirlər, incəsənət, mədəniyyət və kino xadimləri – aktyorlar Jan-Pol Belmondo və Şarl Jerar olublar.
XƏBƏR LENTİ
2025/11/19 14:22


