“Past”: Ermənistanda ərzaq təhlükəsizliyi məsələsi böhranlı vəziyyətdədir

 Koronavirus epidemiyası, Rusiya-Ukrayna münaqişəsi və tədarük zəncirlərinin pozulması fonunda ərzaq təhlükəsizliyi məsələsi təkcə sektoral və ya regional deyil, həm də qlobal əhəmiyyət kəsb edən mövzuya çevrilib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, üstəlik, dünya bazarında əsas ərzaq məhsullarının qiymətlərində artım rekord həddə çatıb.

Bu isə o deməkdir ki, insanların müvafiq ərzaqla təmin olunması probleminin həlli daha çətin olacaq. Bu reallığın çoxlu sayda insanın qida çatışmazlığına və hətta aclığına səbəb ola biləcəyi istisna edilmir. Ona görə də kənd təsərrüfatının inkişafı məsələsi ön plana çəkilir. Artıq bir sıra ölkələr müasir texnoloji nailiyyətlərin verdiyi imkanlardan istifadə edərək kənd təsərrüfatının inkişafına böyük vəsait yönəldir, istixanalar tikirlər. Hətta kənd təsərrüfatı torpaqlarının ciddi çatışmazlığı olan bəzi ərəb ölkələri də intensiv kənd təsərrüfatının təşkilində mühüm uğurlar əldə ediblər. Başqa sözlə, ümumən qlobal səviyyədə ərzaq təhlükəsizliyi məsələsi gündəmə gətirilir, ölkənin ərzaq təhlükəsizliyinin xarici aləmdə baş verən hadisələrdən asılılığı azalır, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracı üçün geniş imkanlar açılır.

“Bu problem xüsusilə Ermənistan kimi bir ölkə üçün aktualdır. Maraqlıdır ki, bizim hakimiyyət müxalifətin maaş və pensiyaların artırılması təklifini rədd edib. Belə olan halda, kəskin qiymət artımı şəraitində xalqın sosial vəziyyətinin pisləşməyəcəyini, yaxud yeni sosial narazılıq və mühacirət dalğasının başlamayacağını necə təsəvvür edirlər?”, – deyə nəşr bildirib.

Dünya

Nəşr edilib: 2022/04/14 14:37

Baxış: 33


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06