Patruşev: “Qərbin strateji məqsədi – Rusiyada “rəngli çevriliş”
“Qərbin strateji məqsədlərindən biri Rusiyada “rəngli çevriliş” etməkdir”.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
N.Patruşev iddia edir ki, Qərb Rusiyada ictimai-siyasi sabitliyi pozmaq və nəticədə, ölkədə “rəngli çevriliş” təşkil etmək üçün keçmiş Sovet İttifaqı ölkələrinə “inqilab ixrac etmək”lə məşğuldur.
O qeyd edib ki, əvvəllər SSRİ-nin tərkibində olan bəzi dövlətlərdə çevrilişlər hazırlamaq üçün Qərb Sovet İttifaqının dağılmasından sonra anadan olmuş və şüurlu yaşa qədəm qoyan insanlara arxalanıb:
“Bu insanların SSRİ barədə təsəvvürləri və fikirləri yoxdur. Gürcüstan və Ukraynanın nümunəsi göstərir ki, Rusiya ətrafında ona düşmən davranış tərzinin formalaşdırılması prosesi süni şəkildə sürətləndirilə bilər”.

