Paytaxtda gənc oğlan döyülərək bıçaqlanıb
Bakıda döyülmə və bıçaqlanma hadisəsi baş verib.
Minval.info-nun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Həsənov Elman Azər oğlu dava zamanı əvvəlcə bıçaqlanıb, sonra isə döyülüb.
Yaralı təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun, baş nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yaraları və üz nahiyələrinin əzikləri diaqnozları qoyulub.
Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

