Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi

Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Minval.İnfo-ya verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.
XƏBƏR LENTİ
2025/11/19 14:22

