Paytaxtda qadınların çantalarını oğurlayan şəxs saxlanıldı
Bakı şəhəri Xətai rayonunun 35-ci polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakı şəhəri Baş Polis İdarəsindən Minval.İnfo-ya verilən xəbərə görə, saxlanılan şəxs Bakı sakini Nizaməddin Nəbiyevdir.
İlkin ehtimallara görə, Nəbiyev avqustun 4-də qadının çantasını əlindən alaraq qaçıb. Əməliyyat tədbirləri zamanı soyğunçunu yaxalamaq mümkün olub.
Məlumata görə, Nəbiyevin Bakı şəhərində törədilən analoji cinayətlərdə də əli ola bilər. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

