Pelenin qızı səhhətindən danışdı

Əfsanəvi braziliyalı futbolçu Pelenin səhhəti getdikcə yaxşılaşır.
Minval.info-nun məlumatına görə, Apasport.az saytı xəbər verir ki, bu barədə futbol “kral”ının qızı Keli Nasimentu məlumat yayıb.
O, üçqat dünya çempionunun əməliyyatdan sonra sağaldığını, tezliklə reanimasiyadan çıxarılacağını açıqlayıb: “Atamın ağrısı yoxdur, əhvalı da yaxşıdır. 1-2 gündən sonra adi palataya keçiriləcək, sonra da evə gedəcək”.
Qeyd edək ki, 80 yaşlı Pele sentyabrın 6-da bağırsağındakı şişdən əməliyyat olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

