Peşə fəaliyyətləri zaman ölən və öldürülən jurnalistlər – FOTOLAR

Sərhədsiz reportyorlar təşkilatının məlumatlarına görə hər il dünyada 80-dən çox jurnalist öldürülür.

Yaxın tarixdə ən yüksək göstəricilərdən biri 87 jurnalistin ölümü ilə 2016-ci ildə qeydə alınıb. Jurnalistlər əsasən peşə fəaliyyətlərinə görə öldürsələr də, öldürülmə şəraitləri müxtəlif olur.

Bəziləri evində yatarkən, bəziləri maşınına yerləşdirilən bomba nəticəsində öldürülsə də, bir çoxları tam da vəzifələrini icra edərkən dünya ilə vidalaşmalı olublar. Əsasən müharibə və konflikt zonalarında fəaliyyət göstərən jurnalistlər silahların susmayan səsini dünyada çatdırmaq istəyərkən elə özü o silahların gülləsinə tuş gəlir.

Bəziləri isə sadəcə bədbəxt hadisənin qurbanı olublar. Minval.info peşəsini yerinə yetirərkən dünyasını dəyişən bəzi jurnalistləri xatırladır:

İşıqlandırmağa getdiyi hadisədə özü də qurbana çevrilən jurnalistlərdən biri Çingiz Mustafayevdir. Jurnalist fəaliyyətinə 1991-ci ildə başlayan Çingiz 8 ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub.

çingiz mustafayev ile ilgili görsel sonucu

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb və bu görüntülər Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayır.

O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib. Vahid Mustafayevin sözlərinə görə, 1992-ci ilin iyun ayında Çingiz “ABC News” üçün material hazırlayırdı. Çətin vəziyyətə baxmayaraq Çingiz çəkməyə davam edib və beləliklə öz ölümünü də lentin yaddaşına köçürməklə tarixə düşdü. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanıb, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələnib və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişib.

Christine Chubbuck ile ilgili görsel sonucu

Şəxsən özü ölümünü lentə almasa da, milyonların izləməsinə səbəb olan Kristin Çabbak efirdə intihar edən ilk və tək xəbər aparıcısı kimi tarixə düşüb. 15 iyul 1974-cü ildə “WXLT-TV” kanalında hər zaman aparıcısı olduğu verilişi yayımlayarkən canlı yayımda “Kanal 40 olaraq, hər zaman sizə ən son şiddət görüntülərini, polis xəbərlərini və rəngli həyatları çatdırdıq və indi də onlardan biriniz izləyəksiniz” deyərək silahını çıxardaraq öz başına atəş açıb. Yayımın texniki heyəti əvvəlcə nə edəcəyini bilməyib, ekranı qaraldıb və daha sonra isə bir filmi yayıma verib.

2015-ci ildə ABŞ-ın Virginiya ştatında iki jurnalist canlı yayımda müsahibə alarkən vurulmuşdular. WDBJ7 TV üçün müsahibə alan 24 yaşlı Alison Parker və 27 yaşlı operator Adam Uard hadisə yerində keçiniblər, müsahib isə xəstəxanaya yerləşdirilib.

Alison Parker ile ilgili görsel sonucu

Canlı yayımda öldürülən digər bir aparıcı isə Braziliyanın “Azadlıq” adlı radiosunda çalışan Gleydson Karvalhodur. Tez-tez dövlətin rüşvət skandalları barədə danışan radio DJ-i, verilişini təqdim etdiyi anda studiyaya daxil olan 2 şəxs onu güllələyərək öldürüblər.

İlgili resim

Suriyada davam edən döyüşlər zamanı təkcə 2017-ci ildə 42 müxbir öldürülüb. 2011-ci ildə başlayan vətəndaş müharibəsində dünyanın bir çox ölkəsindən, hətta Yaponiyadan da jurnalistlər hadisələri çatdırmaq üçün iştirak edib. Mika Yamamoto adlı fotoreportyor Suriyadakı döyüşlərdə ölən ilk yaponiyalı jurnalistdir. Mika Hələbdə qarşıdurmanın tam mərkəzində qalıb və aldığı 9 güllə yarasından həlak olub.

Dəniz Kərimzadə

Minval.İnfo

Maraqlı

Nəşr edilib: 2018/04/07 17:30

Baxış: 196


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06