Piyada keçidindən keçməyən qadını avtomobil vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı orta yaşlı qadın sınıq xəsarətləri alıb.
Minval.info APA -ya istinadən xəbər verir ki, yol qəzası Qara Qarayev prospektində baş verib.
Metronun Neftçilər stansiyasınından çıxan 1980-ci il təvəllüdlü Ağayeva Aytən Arif qızı piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Qəza zamanı A.Ağayevanın sağ ayaq sümüyü sınıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

