Piyadanı vurub qaçan saxlanıldı
Dekabrın 14-də saat 14 radələrində Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ə.Əliyev vurulub.
Minval.info xəbər verir ki, nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Mahmudlu kənd sakini N.Məhərrəmov saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

